Gürcüstan prezidenti Salome Zurabişvili işğal olunmuş Abxaziyanın qondarma parlamentinin qəbul etdiyi qərarı şərh edib. Qərar nəticəsində Soxumi hava limanı 49 il müddətinə Rusiyaya veriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən müvəqqəti olaraq işğal olunmuş Abxaziyanın strateji obyekt - Soxumi hava limanının Rusiyaya verilməsi ilə bağlı qondarma parlamentinin qərarını qəti şəkildə pisləyirəm və etiraz edirəm. Bu, Rusiyanın qeyri-qanuni hərəkətidir və beynəlxalq ictimaiyyətin qəti reaksiyasını tələb edir!”, - Salome Zurabişvilinin yaydığı bəyanatda deyilir.
İyulun 26-da de-fakto parlament 2 əleyhinə 30 lehinə səslə “Abxaziya hökuməti ilə Rusiya hökuməti arasında” Soxumi hava limanı ilə bağlı imzalanmış qondarma sazişi ratifikasiya etdib. Saziş rus hüquqi şəxsi tərəfindən Soxumidəki Ardzinba Beynəlxalq Hava Limanının fəaliyyətinin yenilənməsi və sonrakı istismarı məqsədilə investisiya layihəsinin həyata keçirilməsini nəzərdə tutur.
Hava limanının icarə müddəti 49 ildir və investor vergi güzəştlərindən yararlanacaq. Yerli KİV-in məlumatına görə, deputat Alxas Bartsits bildirib ki, artıq layihəni götürməyə hazır olan 2 investor var, lakin müqavilənin kimlərlə imzalanacağına dair yekun qərar xüsusi komissiya tərəfindən veriləcək. Bartsits izah edib ki, investorun əksər vergilərdən azad edilməsi onunla əlaqədardır ki, aerodromun bir hissəsi Abxaziya tərəfinin məsuliyyət zonasındadır, onun yenidən qurulması üçün kifayət qədər vəsaiti yoxdur və investor bütün xərcləri öz üzərinə götürür. Seçiləcək rus şirkəti ilkin mərhələdə 6-10 milyard rubl sərmayə qoyacaq.
“Soxumi Beynəlxalq Hava Limanı”nın bərpasına gəlincə, qondarma Saziş 2023-cü ilin iyununda, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalanıb. Sənədi işğal altında olan Abxaziyanın de-fakto iqtisadiyyat naziri Kristina Ozqan və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov imzalayıblar. Layihə vaxtında həyata keçirilərsə, hava limanının 2024-cü ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılır. Rusiya tərəfi sərnişin axınının ildə təxminən 1,2 milyon nəfər olacağını gözləyir. Hava limanı iki təyinatlı (mülki və hərbi) statusunu qoruyacaq.