Şovidə, təbii fəlakət zonasında həyatını itirənlərin sayı artıb. Regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin sözlərinə görə, bu gün daha bir cəsəd tapılıb. İndiyədək təbii fəlakətdə 12 nəfərin həlak olduğu təsdiqlənib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qalan 11 nəfərin cəsədi avqustun 3 və 4-də tapılıb. Onlar Kutaisi morquna təhvil verilib və hazırda şəxsiyyətlərinin müəyyən edilməsi prosesi gedir. Hökumət administrasiyasının regionlarla əlaqələr şöbəsinin müdiri Leri Barnabişvili bildirib ki, 6 cəsədin şəxsiyyəti müəyyən edilib.
“Qalanların müəyyənləşdirilməsi istiqamətində əlavə işlər aparılır. Təəssüf ki, cəsədlər elə bir mühitdə tapılıb ki, zədələnib. Ona görə də DNT analizi aparılacaq və müvafiq olaraq onların müəyyən edilməsi üçün bütün prosedurlar həyata keçiriləcək”, - Barnabişvili bildirib.
Təbii fəlakət zonasında 20-dən çox adam axtarılır, onların arasında azyaşlı uşaqlar da var. Bu gündən etibarən müdafiə qüvvələri axtarış-xilasetmə tədbirlərinə cəlb olunub. İrakli Karseladzenin sözlərinə görə, indi maksimum səylər fəlakətdən əvvəl kotteclərin yerləşdiyi əraziyə yönəlib.
Şovi ərazisində təbii proseslər avqustun 3-də saat 15:15 radələrində inkişaf edib. Palçıq axını kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər.
Yerli əhalinin verdiyi məlumata görə, təbii fəlakətdən iki gün əvvəl Buba dağında sürüşmə baş verib, nəticədə külli miqdarda su Bubistskali çayı vadisini basıb, avqustun 3-də isə su partlayaraq sürüşməyə səbəb olub.