Parlament aparatı rəhbəri Ketevan Kvinikadze “Mtavari Arxi”, “Formula” və “Pirveli” televiziyasının dörd jurnalistinin müxtəlif müddətlərə akkreditasiyasını dayandırıb və qanunverici orqanın binasında işləməyi qadağan edib. Tənqidi televiziyaların müxbirləri parlament çoxluğunun deputatlarının tələbi ilə cəzalandırılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Xalqın Gücü”nün üzvü Quram Maçaraşvilinin tələbi ilə “Pirveli” telekanalının jurnalisti Maka Çixladzenin akkreditasiyası bir ay müddətinə dayandırılıb, Sozar Subar isə həmin kanalın müxbiri Nata Kajaianın akkreditasiyasını dayandırılmasını tələb edib. Kajaianın iyulun 3-dək bir ay müddətinə parlamentdə işləməsinə qadağa qoyulub.
“Pirveli” teleşirkətinin informasiya xidmətinin rəhbəri Nodar Meladzenin sözlərinə görə, deputatlar parlament sədrinin təsdiq etdiyi repressiv qaydalardan sui-istifadə edirlər.
“Repressiv siyasətə görə, akkreditasiyanın dayandırıldığı müddətdə jurnalisti əvəz etməyə icazə verilmir. Proqramımızdan yalnız bir jurnalistin akkreditasiyası olub, bu o deməkdir ki, biz daha parlamentdə işləyə bilməyəcəyik.
Jurnalistik məhsul yaradarkən səlahiyyətli şəxslərə sual vermək, cavablar almaq medianın borcudur. Parlamentdə bizə imkan verilmədiyi üçün biz məcbur olacağıq Sözər Subardan və digər millət vəkillərindən müsahibə parlamentdən kənarda: mağazada, evdə, salonda, restoranda, harda bacarırıqsa orada alacağıq”, - Meladze deyir.
Parlamentin vitse-spikeri Nino Tsilosaninin tələbi ilə cari həftə ərzində iki jurnalistin parlamentdə işləməsi üçün akkreditasiyası dayandırılıb. “Mtavari Arxi”nin jurnalisti Nini Balançivadze 1 ay, “Formula”nın jurnalisti Sopo Qozalişviliyə isə 6 ay müddətinə qanunverici orqanın binasında işləmək qadağan edilib. Onlar Tsilosaniyə rus qanununun qəbulu ilə əlaqədar ABŞ-dan gözlənilən sanksiyalarla bağlı suallar veriblər.
“Deputatın müsahibəni lentə almaqdan imtina etməsinə baxmayaraq, siz müsahibə almağa cəhd göstərmisiniz və videoçəkilişi dayandırmamısınız”, - Jurnalistlərə göndərilən, parlament aparatının rəhbəri Ketevan Kvinikadzenin imzaladığı məktubda oxuyuruq.
Arzuolunmaz jurnalistlərə qarşı parlament sdri Şalva Papuaşvilinin ötən il verdiyi sərəncama əsasən sanksiya tətbiq edilir və ona əsasən, deputat sualları cavablandırmaq istəmədiyi təqdirdə jurnalist müsahibəni dayandırmağa borcludur. Bu qayda pozulduqda, aparat rəhbərinin qərarı ilə jurnalistin akkreditasiyası bir ay müddətinə, pozuntu təkrar olunduqda isə altı ay müddətinə dayandırılır. Papuaşvilinin sərəncamından Konstitusiya Məhkəməsinə şikayət edilib. İddiaçılar hesab edirlər ki, bu, Gürcüstan Konstitusiyasının 17-ci maddəsi ilə qorunan ifadə, məlumat almaq və yaymaq, eləcə də kütləvi informasiya vasitələrinin azadlığına ziddir.