Xarici İşlər Nazirliyi nəzdindəki NATO və Avropa İttifaqı Haqqında İnformasiya Mərkəzinin direktoru, eyni zamanda “Gürcü Arzusu”nun deputatı, Futbol Federasiyasının prezidenti Levan Kobiaşvilinin həyat yoldaşı Tamara Tsuleiskiri Facebook-da yazır ki, ərini satqın adlandıran hər kəs onun sosial şəbəkələrdə dostlar siyahısını, real həyatda isə tanış statusunu tərk etsin. Kobiaşvili “xarici agentlər haqqında” rus qanununu birinci dinləmədə dəstəkləyən 78 deputatdan biridir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Son günlərdə Tsuleiskiriyi rus qanunları ilə bağlı mövqeyini bildirməyə çağırırdılar.
“Mənim “friend”lərimin nəzərinə (mən bu sözü bilərəkdən istifadə edirəm, çünki onun gürcücəyə birbaşa tərcüməsi mənim üçün tamam başqa məna daşıyır)!
Ərim - Levan Kobiaşvili! Bir şeylə razılaşmadıqda, acı mübahisə edə, əsəbiləşə,hətta acı-acı söyüşə, etiraz edə, seçimimizi edə, konkret bir hərəkəti istədiyimiz kimi dəyərləndirə, mitinqə çıxa, istədiyimizi tələb edə bilərik və s.
Mənim üçün hər şey məqbuldur və üstəlik, təqdirə layiqdir! Hər şey! Bir şey xaric - nəinki satqın sözünü və ərimin adını bir yerdə yazan, hətta bu iki sözü eyni kontekstdə düşünən hər kəs, xahiş edirəm, arxaya baxmadan sosial şəbəkələrdə“friend”lər siyahımı, fiziki formatda isə tanış statusunu tərk etsin. Mənim belə soydaşlarla nəinki Avropa haqqında, ümumiyyətlə danışacaq heç nəyim yoxdur. Bunun sadəcə mənası yoxdur!",- Tsuleiskiri yazır.
Tamara Tsuleiskiri NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin direktoru vəzifəsinə 2019-cu ilin sentyabrında təyin edilib. Mərkəz 18 il əvvəl yaradılıb və məqsədi Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyası barədə ictimaiyyətin məlumatlandırılmasının qayğısına qalmaqdır.
“Gürcü Arzusu” “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ABŞ-ın Gürcüstandakı səfirliyinin Gürcüstan demokratiyası üçün “qara gün” kimi qiymətləndirdiyi martın 7-də 78 deputatın dəstəyi ilə birinci dinləmədə qəbul edib. Səfirlik bildirib ki, Kremldən ilhamlanan qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar doğurub. Tbilisidə başlayan və minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarından sonra “Gürcü Arzusu” rus qanunlarını rədd etmək məcburiyyətində qalıb və martın 10-daki ikinci dinləmədə ləğv edib..
Qanun layihəsi maliyyə vəsaitinin 20%-dən çoxunu xaricdən alan media qurumları və qeyri-hökumət təşkilatlarını “agent” kimi qeydiyyatdan keçirməyə məcbur edirdi. Ədliyyə Nazirliyinə isə, həmin media qurumları və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatlarını emal etmək və 25 min lari cərimə etmək səlahiyyəti verilirdi. Oxşar qanun Rusiyada 2012-ci ildən qüvvədədir və müstəqil medianı sıxışdırmaq üçün istifadə olunur.