Ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirli bilinərək saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Xuskivadze Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən terrorçuluq haqqında yalan məlumat vermək ittihamı ilə saxlanılan 27 yaşlı kişi barəsində həbs qətimkan tədbiri seçib.

İş materiallarına əsasən, Terrorla Mübarizə Mərkəzinin apardığı istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il mayın 6-da Batumi şəhərinin iri ticarət mərkəzlərindən biri olan “Grand Mall”da partlayıcı qurğunun olması barədə məlumat verib. Baxış nəticəsində ticarət mərkəzində hər hansı partlayıcı qurğu və ya maddə aşkar edilməyib.

“İşdə şahid ifadələri təqdim olunub və yalan xəbərin səs yazısı tələb olunub. Ekspertiza rəyinə əsasən, səsin təqsirləndirilən şəxsə məxsus olduğu təsdiqlənib. Zəng Batumi şəhərindən edilib. Motivlə bağlı araşdırma aparılır və əlavə təfərrüatlar müəyyən ediləcək”, - işin prokuroru Elizbar Qozalişvili bildirib.

Müdafiə tərəfi təqsirləndirilən şəxs üçün 5000 lari məbləğində girov və onun azadlığa buraxılmasını istəyib. Vəkil Qiqi Svanidzenin sözlərinə görə, həmin şəxsin səhhətində problemlər var.

İş Cinayət Məcəlləsinin 331-ci (terrorçuluq haqqında yalan məlumat vermə) maddəsi ilə araşdırılır və 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

DTX həmçinin fevral ayında bir nəfəri partlayıcı qurğunun olması barədə yalan məlumat vermək ittihamı ilə saxlayıb. İstintaqın məlumatına görə, fevralın 14-də 28 yaşlı gənc “Wizz Air” aviaşirkətinin qaynar xəttinə azyaşlı qohumunun telefonundan istifadə edərək zəng edərək Kutaisi-Barselona reysində partlayıcı qurğu olduğunu bildirib. Bu səbəbdən 148 sərnişin və 6 ekipaj üzvü olan təyyarə geri dönərək hava limanına məcburi eniş edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur