Gürcüstanın işğal olunmuş regionlarını de-fakto rəhbərləri Rusiya prezidenti Vladimir Putinə tam dəstəklərini bildirirlər. Qondarma Cənubi Osetiya prezidenti Alan Qaqloyev “Vaqner”dəki “soydaşlarını” rəhbərliyin qanunsuz hərəkətlərini dəstəkləməməyə çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ukraynada, xüsusi hərbi zonada və onun ətrafında baş verən hadisələrə görə mən Rusiya Federasiyasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Vladimir Vladimir oğlu Putinin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin tərəfindən silahlı üsyanın yatırılması ilə əlaqədar hərəkətlərinə tam dəstəyimi bildirirəm. Rusiya və onun müttəfiqləri üçün bu çətin anlarda hamı birgə qalmalı və ümumi gələcəyin rifahı naminə hərəkət etməlidir. “Vaqner”in tərkibində olan bütün həmvətənlərimi təxribatlara əl atmamağa və onların rəhbərliyinin qanunsuz hərəkətlərini dəstəkləməməyə çağırıram”, – Alan Qaqloyev bildirib.
Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya qeyd edir ki, “Abxaziya Respublikası” istənilən şəraitdə Rusiya qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməyə davam edəcək.
“Mən Abxaziya Respublikasının bütün vətəndaşlarını, o cümlədən xüsusi hərbi əməliyyat zonasında olanları təxribata əl atmamağa və qanunsuz hərəkətlərdə iştirak etməməyə çağırıram”, - Bjaniya deyib və əlavə edib: “Əminəm ki, Vladimir Putinin gücü və müdrikliyinin köməyi ilə, son günlərin hadisələri Rusiya Federasiyasının Konstitusiyasına və qanunlarına uyğun olaraq uğurla həll olunacaq”.
İyunun 23-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni PriqojinRusiya Müdafiə Nazirliyini “Vaqnerlər”in Ukraynadakı düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlamağa söz verib. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedir.
“Rusiya hərbi rəhbərliyinin törətdiyi şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edir.
Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir. Rusiya paytaxtından təxminən 400 kilometr aralıda yerləşən Lipetsk rayonundan Moskvaya doğru hərəkət edən “Vaqnerelilər” karvanı görüntülənib. Rayon qubernatoru sakinləri evlərini tərk etməməyə çağırıb.
Yevgeni Priqojinin üsyanından sonra bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edib. O, Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.
“Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçimi etməyə – cinayət əməllərində iştirakdan çəkinməyə çağırıram”, - Putin bildirib.
Rusiya hökuməti Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edib. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.