“Pirveli” teleşirkətinin jurnalisti Nato Qoqeliyaya hücumla bağlı Rusiyayönümlü “Alt-İnfo” partiyasının üzvü, Ozurgeti ofisinin rəhbəri Mamuka Andquladze məhkəmənin hökmü əsasında həbs edilib. Xüsusi İstintaq Xidmətinin məlumatına görə, saxlanılan şəxs jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olmaqda, zorakılıq etməkdə və özgənin əmlakına ziyan vurmaqda ittiham olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İstintaq nəticəsində müəyyən edilib ki, 2023-cü il martın 15-də Özurgeti rayonunun Baxvi kəndində reportaj hazırlayarkən təqsirləndirilən şəxs onun peşə fəaliyyətinə mane olmaq məqsədilə Nato Qoqeliaya fiziki təzyiq göstərib, mobil telefonunu alıb və zədələyib.
“Sözügedən hərəkətlə jurnalistin peşə fəaliyyətini həyata keçirməsinin qarşısı alınıb, xüsusən də hadisəni lentə ala bilməyib, zorakılıq nəticəsində o fiziki ağrılar keçirib”, - istintaq xidmətindən bildirilib.
Mamuka Andğuladze martın 14-də Tbilisidə parlament binası qarşısında ucaldılmış Avropa İttifaqının bayrağını sökərək yandıran“Alt-İnfo” üzvlərindən biridir. Qoqeliyaya hücumdan əvvəl Mamuka Andğuladze Quriya qubernatorunun administrasiyası qarşısında Aİ bayrağını da sökməyə çalışsa da, təhlükəsizlik polisi buna imkan verməyib.
Mamuka Andğuladze Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi (zorakılıqla hədələməklə jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olma), 126-cı maddəsinin birinci hissəsi (döymə və ya başqa cür zorakılıq tətbiq etmə) və 187-ci maddəsinin birinci hissəsi (naşqasınən əmlakına zərər vurma və ya məhv etmə) ilə həbs edilib. Cinayətlərə görə maksimum cəza 2 il müddətinə azadlığdan məhrum edilmədir.
2022-ci ildə Xüsusi İstintaq Xidməti tərəfindən jurnalistlərə qarşı törədilmiş cinayətlərlə bağlı 12 cinayət işi qaldırılıb. İdarədən verilən məlumata görə, 7 nəfər barəsində cinayət işi başlanıb.