“Vetinq”lə bağlı gətirilən misallar daha çox arqumentə ehtiyac duyur – ombudsman

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani məhkəmədə “vetinq” sisteminin tətbiqi ilə bağlı bildirib ki, digər ölkələrdə əldə olunan nəticələr və “vetinq”in Gürcüstan Konstitusiyasına nə dərəcədə uyğunluğu öyrənilməlidir.

“Mən artıq bir dəfə şərh vermişəm və təkrar edəcəyəm: bütün qərarlar Gürcüstanda mövcud olan hüquqi çərçivədə olmalı, Gürcüstan Konstitusiyasına uyğun olmalıdır.

Ona görə də, məncə, başqa ölkələrdə aparılan “vetinq” ilə bağlı verilən nümunələr daha çox arqumentasiyaya ehtiyac duyur. Bir tərəfdən orada əldə olunan nəticələri öyrənmək lazımdır, digər tərəfdən də konstitusiyamıza, qanunvericiliyimizə nə dərəcədə uyğundur və Gürcüstanda bu cür “vetinq”in aparılması nə dərəcədə mümkündür.

Məsələn, “vetinq” sisteminin nəticələrinin qənaətbəxş olmasa da, daha çox problemlərə səbəb olduğu Alban modelini bilirik. İndi bütün bunları başqa ölkələrlə münasibətdə öyrənmək daha yaxşıdır. “Əgər siyasi partiyalar, o cümlədən müxalifət və hakim partiya yoxlama ilə bağlı razılığa gəlsələr, qərar Gürcüstan Konstitusiyasına uyğun olmalıdır”, - Levan Yoseliani bildirib.

“Vetinq” (Vetting - İng.) dövlət sektorunda məsul vəzifə tutmazdan əvvəl namizədin uyğunluğunun, o cümlədən dürüstlüyünün yoxlanılması deməkdir.

“Vetinq” Gürcüstanın hakim partiyasının liderləri üçün qəti şəkildə qəbuledilməzdir və onlar bunu müxalifətin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü kimi təqdim etməyə çalışırlar. Parlament sədri Şalva Papuaşvili hesab edir ki, bu mexanizm Gürcüstanın konstitusiyasına və suverenliyinə ziddir.

Ali Məhkəmə adından tərəfindən də “vetinq”in əleyhinə olan bəyanat yayılıb. Orada bildirilir ki, hakimlərin dürüstlüyünün yoxlanılması üçün fövqəladə prosedur birmənalı olaraq, mahiyyətcə və prinsipcə məhkəmənin və ya ayrı-ayrılıqda hakimin müstəqilliyinə xələl gətirir.

Əslində məhkəmə-hüquq islahatları prosesində hakimlərin dürüstlüyünün yoxlanılması sisteminin tətbiqi Avropa İttifaqının tövsiyəsidir:

“Gürcüstan məhkəmə sistemində daha geniş islahat aparmalıdır, xüsusən də Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq Ali Ədliyyə Şurası barədə islahatı həyata keçirməlidir. Namizədlər və hazırda məhkəmə sistemində bütün rəhbər vəzifələrə, yəni Ali Ədliyyə Şurasına, Ali Məhkəməyə və ya məhkəmə sədrləri vəzifələrinə təyin olunmuş şəxslər üçün prosesdə mühüm rol oynayan beynəlxalq mütəxəssislərin cəlb olunması ilə dürüstlük yoxlamaları sistemi yaradılmalıdır”, - Aİ-nin genişlənmə hesabatında deyilir.

“Beynəlxalq Şəffaflıq – Gürcüstan”, “Gürcüstanın Demokratik Təşəbbüsü”, “Məhkəmən Keşikçisi”, “Demokratiyanın Mühafizəçiləri” və “Vətəndaş Cəmiyyəti Fondu” qeyri-hökumət təşkilatları iddia edir ki, hakimiyyət “Klan” üzvlərinin dürüstlüyünün yoxlanılmasından imtina edərək Avropaya inteqrasiya prosesinə maneçilik törədir. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur