Xalq Müdafiəçisi çıxıb rus qanununun qəbulunun dayandırılmasını tələb etsin – Kordzaia 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan parlamentinin müstəqil üzvü Tamar Kordzaia Gürcüstanın ictimai müdafiəçisi Levan İoselianini çıxıb “Gürcü Arzusu”ndan rus qanununun qəbulunu dayandırmağı tələb etməyə çağırıb.

Kordzaianın fikrincə, rus qanunu insan hüquqlarını məhv edəcək. Bu barədə  ATƏT/DTİHB-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (OSCE/ODIHR) “xarici agentlər” haqqında qanuna dair İctimai Müdafiəçinin müraciəti əsasında hazırlanan rəydə bildirilir.

“Ona görə də mən onu çıxıb insan hüquqlarını qabaqlayıcı şəkildə qorumağa çağırıram, bu, onun funksiyasıdır, birbaşa funksiyasıdır və o bunu etməlidir, əks halda bütün dünya biləcək ki, Gürcüstanın insan hüquqlarının keşiyində qayana bilməyənXalq Müdafiəçisi var. Bu, Gürcüstan hökumətinin insan haqlarını pozan siyasətidir. Bunun üçün ölkələrdə bu cür siyasətlərin həyata keçirilməsinə qarşı çıxacaq Xalq Müdafiəçisi var. Mən ona Xalq Müdafiəçisi kimi və bu ölkədə insan haqlarının qorunması üçün səs verdim. Mən ondan tələb edirəm ki, indi çıxsın və “Gürcü Arzusu”nun bu qanun layihəsinə baxılmasını və qəbulunu dayandırmasını tələb etsin”, - Kordzaia bildirib.

Tamar Kordzaia rus qanununun ikinci oxunuşu zamanı bu gün Hüquq Məsələləri Komitəsinin iclasında sual vermək imkanı verilməyən və iclasdan qovulan on iki müxalifət deputatından biridir.

aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 17-də parlamentin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib, bu gün, aprelin 29-da isə qanuna ikinci oxunuşda Hüquq Məsələləri Komitəsində baxılır.

Aprelin 15-dən parlamentin yaxınlığında rus qanunlarına qarşı etiraz aksiyaları keçirilir. Buna əks olaraq, “Gürcü Arzusu” bu gün, aprelin 29-da rus qanununa dəstək üçün “üçumi yəğıncaq” keçirir. Hakim partiyanın təşkil etdiyi və dövlət qulluğunda çalışan işçilərə iştirak etmələrinin tapşırıldığı əks aksiya parlament binası qarşısında, saat 20:00-da başlamalıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur