“Levan Berdzenişvili əslində yazıq insandır. Bunun iki səbəbi var: biri onun psixoloji və ruhi problemləridir, digəri isə kənardan alınan tapşırıqları daim yerinə yetirən insandır”, - “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze ədəbiyyatşünas Levan Berdzenişvilinin evinin yaxınlığında 15-20 maskalı şəxsin səfərbər edilməsi baradə dünən yayılan məlumata bu cür nifrət dili ehtiva edən və zorakılığa təhrik edici şərhlə cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidzenin sözlərinə görə, Berdzenişvili mövzu ilə bağlı spekulyasiya edir və əgər həqiqətən də onun evinin yaxınlığına 20 nəfər getmiş olsaydı, bunun görüntüləri də olardı.
“Məncə, o 20 nəfəri hələ heç kimə görsənməyib.Nəsə, mücərrəd iyirmi nəfər var, həm də maskalı imişlər deyir və belə gülümsəyirmişlər. Nəsə, axmaq bir şey danışdı. Həm də, deyəsən onların təbəssümü gözlərindən oxunub. Təbəssümün necə olduğunu da dəqiqləşdirdi.
Realda sadə spekulyasiyadır. Bu adamın öz problemləri var, məncə, onun öz problemlərinə baxması daha yaxşı olar. Onun ciddi problemi var.
Onun problemi o qədər də psixoloji deyil, nə qədər ki, həmişə tapşırıqları yerinə yetirir, sifarişlər alır, xarici agentdir, tapşırıqlar alır və bu tapşırıqlarla, o cümlədən tanınmış ictimai xadimlərimizi də söyür. İlya Çavçavadze haqqında dediklərini xatırlayırsınız. Akakinin Tsereteli haqqında dediklərini də xatırlayırsınız. Həmçinin Davit Ağmaşenebeli, ikinci Erekle haqqında - bütün bunları xatırlayırsınız, elə deyilmi? Onun həmçinin Bidzina İvanişvili haqqında dediklərini də eşitmisiniz, bütöv bir şər-böhtan, biabırçı böhtanlar şəlaləsi.
Lakin bu təəccüblü deyil. Keçmiş haqqında belə danışıb, tarixə xətt çəkməyə çalışarkən, şübhəsiz ki, onun indiki üçün də eyni şeyi etməsi təəccüblü deyil... o, spekulyasiyaların başını buraxmalı və öz problemlərinə baxmalıdır”, - deyə hakim partiyanın sədri bildirib.
Levan Berdzenişvilinin sözlərinə görə, mayın 15-də, o, evə qayıdarkən evinin yaxınlığında 15-20 maskalı şəxs gözləyirmiş. Naməlum şəxslər Berdzenişvilinin evinin ətrafını polis və jurnalistlərin gəldikdən sonra tərk ediblər. Berdzenişvili hadisəni “Gürcü Arzusu”nun qisasının davamı hesab edir və bunu ötən həftə ona qarşı başlayan yeni kampaniya ilə əlaqələndirir: “Guya mən 2014-cü ildə Xevsurililəri təhqir etmişəm. İndi 2023-cü ildir. Xeyli vaxtdır ki, çox məşhur olan o material 2014-cü ildə qeydə alınıb, ingilis və fransız dillərinə tərcümə olunub və indiyədək heç kimin bu barədə iddiası olmayıb. Bu adamlardan oxuma-yazmanı biləni varsa “Aluda Ketelauri” oxusun, onda, hamının mənə yox, Vaja-Pşavelaya qarşı iddiası olacaq, çünki mən Aludanın yuxusunu görməmişəm, adamyeyən məzmunlu yuxunu Aluda görüb”, – Berdzenişvili jurnalistlərə deyib. Ədəbiyyatçünasın sözlərinə görə, mütəşəkkil dəstə onunla üçüncü dəfədirki qarşılaşır.
2023-cü ilin yanvarında “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun üzvləri, təxminən 20 nəfər Kvarelidə ona – “Avropalı atamız İlya” açıq mühazirəsini keçirməyə icazə verməyib. Rusyönümlü partiyanın nümayəndələri “Kvareli Euroclub”a gedən yolu bağlayıb və Levan Berdzenişvilini binaya buraxmayıblar. Aksiya iştirakçıları “Levan Berdzenişvili satqındır və çar Erekleni təhqir etdiyinə görə Kaxeti onu qəbul etməyəcək” şüarları səsləndiriblər. Polis nə yolu açıb, nə də xuliqanlığın qarşısını alıb.