Rus qanunu əleyhinə aksiyalarda cərimələnənlərə kömək məqsədilə keçirilən aksiya-konsertdə azı 250 000 lari toplanıb. Bu məbləğə xarici ölkələrdən köçürülən ianələr daxil deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyunun 2-də Tbilisidə Respublika meydanında xeyriyyə aksiyası-konserti keçirilib. Burada 30-a yaxın gürcü musiqiçisi, o cümlədən Qiorqi Uşikişvili, Nino Katamadze, Nikoloz Raçveli, Merab Sepaşvili, Tamada, Lela Tsurtsumia, Robi Kuxianidze, “Loudspeakers” qrupu, “Çıxılmaz Vəziyyət” və digərləri iştirak edib.
“İlk saatın məlumatına görə, cərimələr fonduna 250 min lari yığılıb”, - “Facebook”dakı “დაიტოვე” qrupunun admini Nancy Woland konsertdən sonra yazıb.
Aprelin 15-dən Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı on minlərlə insanən iştirak etdiyi etiraz aksiyası keçirilir. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yolun süni şəkildə bağlanması, xırda xuliqanlıq və polisin tələbinə tabe olmamaq bəhanəsi ilə 200-dən çox şəxs barəsində inzibati xəta protokolu tərtib edilib. Məhkəmə demək olar ki, hamını cərimələyir. 18 yaşlı fəal Qiorqi Dumbadze 5000 lari, məktəb şagirdi Sandro Coxadze isə 2200 lari cərimələnib. Məhkəmədə aksiya iştirakçılarının maraqlarını qeyri-hökumət təşkilatlarının vəkilləri müdafiə edir.
“Ümumilikdə, yəqin ki, cərimələrin məbləği bir milyon lariyə çatacaq”, - Nino Lomjaria bildirib. Keçmiş Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, rus qanununa qarşı çıxan gənclərə qarşı seçmə ədalət mühakiməsi həyata keçirilir, çünki hökumətin qızışdırdığı, hər gün fəallara və siyasətçilərə hücum edən cinayətkarlara dövlət heç bir reaksiya vermir.
Xeyriyyə konsertində toplanan məbləğlə həbsdə olan vətəndaşlara da kömək ediləcək. Hazırda prokurorluq tərəfindən polis əməkdaşına hücum və əmlaka ziyan vurmaqda ittiham olunan aksiyaların 9 iştirakçısı istintaq təcridxanasındadır.