“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, avqustun 3-də Şovidə təbii fəlakət zonasında “xilas olunmaq şansı olan bütün insanları axtarmaq” üçün hər cür vasitə olub. Hakim partiya sədri deyir ki, dövlətin əlavə resurslara, məsələn, helikopterlərə ehtiyacı olmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Necə düşünürsünüz, sizcə, dövlətin əlavə resurslara ehtiyacı var idimi və məsələn, Azərbaycanın kömək təklifindən imtina etdi? İndi bu sualı vermək ciddidir?”, - Kobaxidze jurnalistlərə bildirib. “Helikopterlər xilasetmə xidmətinin qarşısına qoyduğu tapşırıqları yerinə yetirmək üçün başdan ayağa qədəe kifayət idi. İlk üç saat gündüz idi. hava saat neçədə qaraldı? Helikopterlər saatlar boyu işləyə bilib.
İstənilən siyasi mövzuda spekulyasiya edə bilərsiniz, ancaq insanların ölümü, təbii fəlakətlərlə bağlı olan mövzuda spekulyasiya etmək utancvericidir. Bütün bunlar sadəcə biabırçılıqdır. Orada xilas olmaq şansı olan hər bir şəxsi tapmaq üçün hər cür vasitə var idi”.
Kobaxidze həmçinin bəyan edib ki, avqustun 3-də baş verən fəlakəti proqnozlaşdırmaq mümkün deyimişl.
“Monitorinqə gəlincə, monitorinq sistemi ölkə üzrə bir çox yerlərdə quraşdırılıb. O cümlədən, Raçada 20 belə müvafiq qurğu quraşdırılıb.
Konkret olaraq Şovi ərazisinə gəlincə, orada suya nəzarət edilib və bir daha təkrar edə bilərik ki, günlər ərzində təbii fəlakətin özü ilə bağlı olan bir neçə dəqiqə istisna olmaqla, bir neçə gün ərzində suyun səviyyəsində bir neçə dəqiqə belə artım və ya azalma qeydə alınmayıb ki, bu da fəlakətin proqnozlaşdırılması üçün əsas ola bilərdi. Əslində, fəlakət spontan olub və buna görə də, məndə olan məlumata görə, proqnozlaşdırmaq mümkün olmayıb. Əvvəlki illərin heç birində belə bir şey olmamışdı.
Fəlakət spontan olub və buna görə də proqnozlaşdırıla bilməzdi. Əgər hər hansı təbii fəlakət proqnozlaşdırıla bilinsəydi, heç bir yerdə qurban olmazdı, amma çox ölkələr var, Yaponiyaən inkişaf etmiş ölkələrdən biridir və bir çox təbii fəlakətlərdə çoxlu qurbanlar verib, İtaliya, Sloveniya, Amerika Birləşmiş Ştatları da bura daxildir”, - Kobaxidze bildirib.
Avqustun 3-də saat 15:15 radələrində Şovi kurort ərazisində təbii proseslər inkişaf edib. Palçıq axını kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər.
Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfər fəlakət zonasından təxliyə edilib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, 15-ə yaxın insan hələ də itkin düşmüş hesab olunur.
Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin ilkin rəyinə əsasən, avqustun 3-də Bubisskali çayı vadisində təbii geoloji və hidrometeoroloji hadisələrin (buzlağın intensiv əriməsi, leysan yağışlar, çayın mənbəyində qaya uçqunları, sürüşmə-eroziya prosesləri və palçıq axının keçməsi) birgə baş verməsi nəticəsində ekstremal səviyyədə palçıq axını yaranıb. Qurumun mütəxəssisləri qeyd edirlər ki, palçıq axınının tərkibi, dərənin yamacı, morfoloji şəraiti və uzaqlığı nəzərə aldıqda, fəlakətin yaranma və aktivləşmə zonasından Şoviyə, eyni adlı kotteclər kəndinə palçıq axını ilkin hesablamalara görə, 8-10 dəqiqə ərzində çatmalı idi. Rəydə bildirilir ki, bütün dünyada bu tip hadisələrin formalaşma vaxtını dəqiq proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil. Müstəqil mütəxəssislər ilkin rəydə səslənən fikirlərlə razılaşmırlar.
Bu mövzu haqqında oxuyun:
Proqnozlaşdırılma aparılmış olsa bu insanların sağ qalma ehtimalı 80% idi - hidroloq
Çox güman ki, insan tələfatını dəf edərdik -Tea Qodeladze ilə müsahibə