Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi qərardan sonra Xüsusi İstintaq Xidməti Temirlan Maçalikaşvilinin işinin yenidən araşdırılmasının məqsədəuyğunluğunu araşdıracaq. Qurumun bildirdiyi kimi, guya komitənin təkrar istintaqa başlamaq üçün müraciət etməsi barədə məlumat həqiqətə uyğun deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa Şurasının Nazirlər Komitəsi “Tsintsabadze qrupu”nun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məsələsini müzakirə edib. Qrupa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətl, işgəncə və pis rəftar, habelə onların səmərəsiz araşdırılması, Avropa İnsan Hüquqları Məhkəməsinin Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncənin qadağan edilməsi) maddələrinin pozulduğunu müəyyən etdiyi hallar daxildir.
Temirlan Maçalikaşvilinin ailəsinin maraqlarını təmsil edən Sosial Ədalət Mərkəzi 11 aydır ki, Xüsusi İstintaq Xidmətindən Temirlan Maçalikaşvilinin həyatına son qoyulması ilə bağlı işin istintaqını təzələməyi və bu yolla Avropa Məhkəməsinin qərarını yerinə yetirməyi tələb edir. Martın 20-də insan haqları təşkilatı bəyanat yayaraq, Avropa Şurasının Nazirlər Komitəsinin qərarının onların tələbləri ilə üst-üstə düşdüyünü bildirib:
“Nazirlər Komitəsi “Tsintsabadze işləri” qrupuna daxil olan bir neçə işin, o cümlədən Maçalikaşvilinin işi üzrə istintaqın uzanmasından dərin narahatlığını bildirib və hökuməti bütün lazımi tədbirlərin tez və hərtərəfli şəkildə qətiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməyə çağırıb. Komitə həmçinin dövləti qeyd olunan halların araşdırılması zamanı yaranan maneələrin aradan qaldırılması üçün atılan və planlaşdırılan addımlar barədə ümumi məlumatı komitəyə təqdim etməyə çağırıb.
Komitə, xüsusilə dövləti Xüsusi İstintaq Xidmətinin Avropa Məhkəməsinin qərarının nəticələrinə uyğun olaraq Maçalikaşvilinin işinin materiallarına tez bir zamanda baxmalı və istintaqın bərpası barədə qərar haqqında komitəyə və mərhumun ailəsinə məlumat verməyə çağırıb.
Bu gün, martın 21-də Xüsusi İstintaq Xidməti Nazirlər Komitəsinin tövsiyəsinə uyğun olaraq “Tsintsabadze qrupu”nun işlərini araşdıracaqlarını açıqlayıb.
“Bir neçə KİV-də yayılan yalan məlumatlara cavab vermək istərdik ki, guya Avropa Şurası Nazirlər Komitəsinin tövsiyəsinə əsasən, Xüsusi İstintaq Xidmətinə Maçalikaşvili və digərlərinin işi ilə bağlı yenidən istintaqa başlamaq əmri verilib. Bu həqiqətə uyğun deyil. Avropa Şurasının Nazirlər Komitəsi Maçalikaşvili və başqaları” və “Oçiqava” işlərinin də daxil olduğu “Tsintsabadze qrupu”nun işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası məsələsini müzakirə edib. Komitə Xüsusi İstintaq Xidmətinə Strasburq Məhkəməsinin rəylərini nəzərə alaraq Maçalikaşvili və Oçiqavanın cinayət işlərinin materiallarını və təkrar istintaqın aparılmasının məqsədəuyğunluğu məsələsini öyrənməyi tövsiyə edib. Müvafiq olaraq, Xüsusi İstintaq Xidməti qanunla verilmiş səlahiyyətlər çərçivəsində iş materiallarının təhlili və Avropa Məhkəməsinin qərarları əsasında “Tsintsabadze qrupu”nun qeyd olunan işləri ilə bağlı Nazirlər Komitəsinin verdiyi tövsiyələrə uyğun olaraq qanuni və obyektiv qərar qəbul edəcək.
İctimaiyyətə bildirmək istərdik ki, 2023-cü il yanvarın 19-da Avropa İnsan Haqları Məhkəməsi Maçalikaşvili və digərlərinin Gürcüstana qarşı işi üzrə öz qərarında ciddi pozuntu qeydə almayıb və prosessual hissədə Konvensiyanın 2-ci maddəsinin pozuntusunu müəyyən edib. Oçiqavanın işinə gəlincə, 23 fevral 2023-cü il tarixli qərarı ilə Avropa İnsan Haqları Məhkəməsi həbsxana əməkdaşları tərəfindən 2011-ci ildə Oçiqavaya qarşı pis rəftarla bağlı Konvensiyanın 3-cü maddəsinin (işgəncə) əsaslı və prosessual pozuntusunun olduğunu müəyyən edib”, - Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.
2017-ci ilin dekabrın 26-da Pankisi vadisində xüsusi əməliyyat zamanı 19 yaşlı Temirlan Maçalikaşvili evinin yataq otağında xüsusi təyinatlılar tərəfindən başından güllə yarası alıb. Dövlət Təhlükəsizliyi Xidməti Temirlan Maçalikaşvili və Pankisi vadisində yaşayan bir neçə başqa şəxsi beynəlxalq terrorçu kimi tanınan Əhməd Çatayevə və onun dəstəsinə kömək etməkdə ittiham etsə də, yaralı Maçalikaşvili 2018-ci il yanvarın 10-da heç bir ittiham irəli sürülmədən dünyasını dəyişib. Digər şəxslər həbs edilib. Məhkəmə onları təqsirli bilib və həbs cəzasına məhkum edib.
Prokurorluq Temirlan Maçalikaşvilinin ölümcül yaralanması ilə bağlı Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü bəndi ilə, yəni zorakılıqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ehtimalı ilə istintaq aparırdı, lakin 25 yanvar 2020-ci il tarixdə cinayət əməlinin olmaması əsası ilə istintaqa xitam verilib. 27 mart 2020-ci il tarixdə Xalq Müdafiəçisi qurumun təmin etmədiyi iş üzrə istintaqın təzələnməsi tələbi ilə Baş Prokurorluğa müraciət edib. Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili Tbilisidə parlament binası qarşısında davamlı etiraz aksiyası keçirərək oğlunun qətli ilə bağlı işin istintaqını tələb edib.
2023-cü il yanvarın 19-da Avropa İnsan Haqları Məhkəməsi “Maçalikaşvili və başqaları Gürcüstana qarşı” işində dövlət tərəfindən yaşamaq hüququnun prosessual pozuntusunu müəyyən edib. Avropa Məhkəməsinin qərarında Temirlan Maçalikaşvilinin həyatına son qoyulması ilə bağlı işin istintaqı zamanı mövcud olan qüsurlar və çatışmazlıqlar qeyd olunub.