Zəng mərkəzləri birlikdə, fırıldaqçılıq yolu ilə pul oğurlamalarının mükəmməl nümunəsidir - Qaxaria

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bu zəng mərkəzləri məsələsi onların birlikdə, qaranlıq otaqda, səssizcə oturub fırıldaqçılıq yolu ilə avropalıların pulunu oğurlamalarının mükəmməl nümunəsidir. İndi, hətta bu gün də maliyyə fırıldaqları siyasi fırıldaqlara çevrilir və biri birini, digərini isə digərini günahlandırmağa çalışır”, - Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan Naminə” müxalifət partiyasının təsisçisi Qiorqi Qaxaria bildirib. 

Qaxarianın sözlərinə görə, bunun əvəzini hər bir vətəndaş ödəyəcək, çünki sıravi avropalının gözündə bu gün Gürcüstan fırıldaqçılar ölkəsidir.

“Kimsə maraqlanıb təfərrüata girsə, o avropalı nə düşünməlidir? Deyəcək ki, a kişi, budur keçmiş müdafiə naziri, müxalifət partiyasının lideri və sən demə avropalı pensiyaçıların pulunu fırıldaqçılıq yolu ilə oğurlayır. Sonra komissiya [Parlamentin Müvəqqəti İstintaq Komissiyası - red.] yaradıldıqda məlum olacaq ki, müxalif şəxslər ya bunu, bu fırıldaqçıları gizlədiblər, ya da elə özləri fırıldaqçılıqla oğurluq ediblər. Bu adamlar elementar nəticə çıxaracaqlar - burada iqtidar da dələduzdur, müxalifət də dələduzdur, hamısı saxtakardı, sonda bu hökmü sadə vətəndaşa, övladlarımıza şamil edəcəklər. Bitdi. Ona görə də istəmirlər.

Onların indi əslində etdikləri bir-birini günahlandıraraq oğurladıqları pulları qorumağa çalışmaqdır”, - Qaxaria deyir.

Parlamentdə Qiorqia Qaxarianın komandasının üzvləri “zəng mərkəzləri” məsələsi ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış ediblər və digər müxalifət deputatları da bunu dəstəkləyiblər. Onlar aprelin 26-da müvafiq qərar layihəsini də parlamentdə qeydiyyatdan keçiriblər

İstintaq komissiyasının yaradılmasında məqsəd 2020-ci ildən bu günə qədər Gürcüstanda fəaliyyət göstərən transmilli cinayətin, eyni adlı fırıldaqçı zəng mərkəzlərinin, cəlb edilmiş şəxslərin, təşkilatçıların və mümkün nüfuzlu himayədarların, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının iş sxeminin və miqyasının, səmərəsiz araşdırma və hərəkətsizliyin səbəblərinin müəyyən edilməsi; Cinayətlə bağlı birbaşa və ya dolayı beynəlxalq siyasi risklərin və onların mümkün nəticələrinin müəyyən edilməsidir. “Gürcü Arzusu” parlamentdə istintaq komissiyasının yaradılmasını dəstəkləmir.

Aprelin 12-də Britaniya Yayım Korporasiyası “BBC” sıravi insanların bir milyard dollardan çox pulunu fırıldaqçılıqla mənimsəyən qlobal fırıldaqçılıq şəbəkəsi ilə bağlı jurnalist araşdırmasını dərc edib. Fırıldaqçı zəng mərkəzləri Kiyev və Tbilisidə yerləşib. Jurnalist araşdırmasına görə, bu işlə Gürcüstanın keçmiş müdafiə naziri, iş adamı və “Formula” televiziya şirkətinin təsisçisi Davit Kezeraşvilinin əlaqəsi var. Kezeraşvili özü deyir ki, ona qarşı ittihamlar böhtandır və istintaq materialında bir sıra faktlar bilərəkdən təhrif olunub. İş adamı Avropanın istənilən istintaq orqanı ilə “marağın olması şərti ilə” əməkdaşlığa hazır olduğunu və “realda, Gürcüstandaki eyni adlı zəng mərkəzləri müəsisələrinin himayəsi altında olan və ya cinayətdə əli olan yüksək vəzifəli məmurlar haqqında” əlində olan məlumatları təqdim etməyə hazır olduğunu bildirib. Davit Kezeraşvili jurnalist araşdırması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Tbilisidə “fırıldaqçı zəng mərkəzləri”nin aşkar edilməsi üçün, o cümlədən Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə bir neçə dəfə xüsusi əməliyyat keçirilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur