Adigeni qəsəbəsində müsəlmanlar cümə namazının qılınmasını dayandırmaq qərarına gəliblər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Yerli pravoslav xristianların etirazından sonra müsəlmanlar Adigeni qəsəbəsində cümə namazının qılınmasını dayandırmaq qərarına gəliblər. Bu barədə Mamuka Vaşakmadze və Merab (Yusuf) Mikeladze bu gün müsəlmanlar Ramazan Bayramını qeyd edərkən bildiriblər.

“Problemlərə görə cümə, bayram namazını dayandırdıq. Hazırda danışıqlar aparılır. Allahın köməyi ilə hər şey yaxşı olacaq”, - deyə Mikeladze bildirib. Müsəlmanlar onun sahibi olduğu evə namaz qılmaq üçün toplaşırdılar.

“Bu ölkədə kimsə sülh qurursa, biz müsəlman icması birinciyik və olacağıq. Çelada keçirilən görüşdə müsəlman icması ilə qızğın müzakirələrdən sonra cümə namazının, bayram namazının dayandırılması və hər şeyin danışıqlar formatına, sivil formata keçirilməsi barədə qərar qəbul edildi. Bunun üçün cənab Merab və bu qərarı qəbul etməyimizə kömək edən və sülhü dəstəkləyən pravoslav din xadiminə təşəkkür etmək istərdim. Allah bütün ölkəyə xeyir-dua versin, birlişdirsin və gürcü xalqını bir yumruq etsin”, - deyə Samtsxe-Cavaxeti müftisi bildirib.

İki il əvvəl Merab Mikeladze Adigeni qəssəbəsindəki Tsereteli N18-dəki evində müsəlmanlar üçün ibadət yeri və ilahiyyat məktəbi təşkil edib ki, pravoslav xristianlar buna qarşı çıxıblar. Vəziyyət son vaxtlar xüsusilə gərginləşib.

Martın 8-dəaprelin 5-də ənənəvi cümə namazı başlamazdan əvvəl Zarzmi monastırının keşişi Nikoloz Qetsadzenin rəhbərliyi ilə onlarla insan Merab Mikeladzenin evinin yaxınlığına toplaşıb. Ruhanilər və kilsə xadimləri Adigenidə müsəlman ibadətgahının fəaliyyətinə icazə verməyəcəklərini bildiriblər. Nikoloz Qetsadze Merab Mikeladzeni şifahi təhqir edib və hədələyib. Hər iki halda Mikeladzenin evinin yaxınlığında çoxlu sayda polis səfərbər edilib.

Danışıqlar çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Merab Mikeladzeyə iki variant təklif edib - Adigenidəki evindən imtina etmək, İcareti kəndində ibdətgah üçün yer ayırmaq və ya bələdiyyə tərəfindən onun evini satın almaq. Merab Mikeladze evini verməkdən imtina edib.

Mikeladze Xüsusi İstintaq Xidmətinə müraciət edərək dini dözümsüzlük zəminində təqib faktı ilə bağlı araşdırmaya başlamağı tələb edib. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur