Mədəniyyət Nazirliyi yanında Milli Kinematoqrafiya Mərkəzinin direktoru vəzifəsini icra edən Koba Xubunaianın sərəncamı ilə, son bir ayda Kino Mərkəzinin ətrafında baş verənlərə etiraz edən əməkdaşlar işdən azad olunub. Davit Davitiani və Levan Abduşelişvili işdən azad olunma əmrini bu gün alıblar . Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi “ idarəetmənin optimallaşdırılması məqsədi ilə işçi qüvvəsinin azaldılmasını zəruri edən” elan edilmiş yenidən təşkili müəyyən edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Davit Davitiani və Levan Abduşelişvili hesab edirlər ki, sərəncamın əsl əsası onların etiraz aksiyasında iştirakıdır.
“Direktor hansısa qaranlıq, qeyri-ictimai, komissiya yaradıb, bunun nə komissiyası olduğunu bilmirik və o, mənim əmək müqaviləmin ləğv edildiyi barədə qərar qəbul edib. Mən heçkimlə danışmamışam. Səslərini çıxarmayan şəxsləri saxladılar. Əlbəttə ki, bu, seçmə ədalətdir və təbii ki, müqavilələr kimin sadiq olub, kimin olmadığına görə ləğv edilirdi. Baş verənlər gülməlidir”, - Abduşelişvili bildirib.
Davitiani deyir ki, işdən çıxarılması onun üçün “tamamilə gözlənilən idi”, çünki etirazda iştirak edən kadrlar Mədəniyyət Nazirliyi üçün qəbuledilməzdir.
Yenidən təşkilin elan edilməsindən və Koba Xubunaianın Kino Mərkəzinin direktoru vəzifəsinin icraçısı təyin olunmasından əvvəl də Levan Abduşelişvili və Davit Davitiani mərkəzin keçmiş direktoru Qaqa Çxaidzeni dəstəklədiklərini açıq şəkildə bildiriblər. Onlar Kino Mərkəzi adından iyunun 2-də dərc olunan bəyanata qatılmayıblar.
Milli Kinematoqrafiya Mərkəzinin yenidən təşkili iyunun 10-da elan edilib və bu gün, iyulun 12-də başa çatıb. Bu prosesdə direktor müavinləri vəzifəsi ləğv edilib, nəticədə Mako Çilaşvili və Nino Kuxalaşvili vəzifələrindən azad edilib. Koba Xubunaia Nino Kuxalaşvilinin işdən azad olunmasına səbəb kimi maliyyə resurslarının optimallaşdırılması, səmərələşdirmə və idarəetmə proseslərinin sadələşdirilməsi üçün təşkilati dəyişiklikləri göstərir ki, bu da “işçi qüvvəsinin azaldılmasını zəruri edir”.
Yenidənqurma dövründə hakim partiyanın təbliğat telekanalının aparıcısı Baço Odişaria kino istehsalı şöbəsinin müdir müavini təyin edilib. Kino Mərkəzinin əməkdaşlarının sözlərinə görə, bu vəzifə əvvəllər mövcud olmayıb.
Kino Bərkəzinin əməkdaşlarının bir qismi yenidən təşkilin dayandırılmasını və kino mərkəzinin direktorunun müsabiqə yolu ilə seçilməsini tələb edirdilər. Onlar hesab edirlər ki, Mədəniyyət Nazirliyi hələ də müstəqil Kino Mərkəzini özünə tabe etməyə, kinoda senzura tətbiq etməyə çalışır. Mədəniyyət Nazirliyinin iddia etdiyi kimi, senzura ilə bağlı bəyanat qeyri-ciddi, əsassız və siyasi maraqları olan prosesin bir hissəsidir.