Rusyönümlü və zorakı “Alt İnfo” başqa bir rusyönümlü partiya olan “Vətənpərvərlər Alyansı”nın köməyi ilə parlament seçkilərində iştirak etməyə hazırlaşır. Bu barədə “Alt İnfo”nun rəhbərlərindən biri olan Zurab Maxaradze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Seçkilərdə iştirak etmək üçün yeganə şans onların ləğv edə bilməyəcəyi partiya idi. Mühafizəkarlar qanadında ideoloji cəhətdən münasib və bloklana bilməyən yeganə partiya “Vətənpərvərlər Alyansı”dır.
O, hüquqi baxımdan parlament partiyasıdır, imza toplamağa ehtiyac yoxdur və artıq seçkilərdə iştirak edir. Bunu bloklamaq da mümkün deyil. Bizimlə onlar arasında prinsipial razılaşma əldə olundu. Təfərrüatlar üzərində iş aparılır. Builki parlament seçkilərində mütləq iştirak edəcəyik, təkcə biz yox - mühafizəkar tərəfdə az-çox çəkisi olanlar, həqiqətən mühafizəkar qüvvələr birləşəcək və “Vətənpərvərlər Alyansı” vasitəsilə bu böyük milli birlik seçkilərdə iştirak edəcək”, - Zurab Maxaradze bildirib.
Aprelin 8-də İctimai Reyestr “Alt-İnfo” partiyasını – “Mühafizəkarlar Hərəkatını” ləğv edib. Reyestr Korrupsiyaya Qarşı Mübarizə Bürosunun müraciəti əsasında partiyanın qeydiyyatının qanuniliyini yoxlayıb və müəyyən edib ki, “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” rəhbərliyinin 2021-ci il dekabrın 6-da qeydiyyatdan keçmək üçün təqdim etdiyi təsis sənədləri qanunla müəyyən edilmiş tələblərə cavab vermirmiş. “Alt İnfo”nun rəhbərləri bildiriblər ki, hökumət partiyanı, onlar parlament seçkilərində iştirak edə bilməməsin deyə qanunları kobud şəkildə pozaraq ləğv edib. Ləğvdən bir neçə gün əvvəl Mərkəzi Seçki Komissiyası “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nu seçki subyekti kimi qeydiyyatdan keçirib.
Bundan sonra “Alt İnfo” “Gürcü İdeyası” partiyası vasitəsilə seçkilərdə iştirak etmək qərarına gəlib, lakin aprelin 23-də Korrupsiyaya Qarşı Mübarizə Bürosunun müraciəti əsasında dövlət reyestrində “Gürcü İdeyası”nın qeydə alınmış məlumatlarının “qanunvericiliyə uyğunluğunu araşdırmağa” başlayıb. Bu proses başa çatana qədər MSK “Gürcü İdeyası”nın seçki subyekti kimi qeydiyyat prosesini dayandırıb.
Parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.