Beynəlxalq “Amnesty International” təşkilatı mülki fəal Zuka Berdzenişviliyə qarşı zorakı hücuma münasibət bildirir və hakimiyyəti zorakılıq dövrünə son qoymağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Onlarla oxşar zorakılıq hadisələrindən sonra parlament sədrinin şəxsən onu hökumət üçün təhlükə adlandırmasından cəmi bir neçə saat sonra Zuka Berdzenişviliyə qarşı baş vermiş hücum ciddi narahatlıq doğurur. Hökumət məmurlarının bu cür hərəkətləri asanlıqla hökumət tənqidçilərinə qarşı zorakılığın cəzasız qalması üçün yaşıl işıq kimi qəbul edilə bilər.
Biz Gürcüstan hökumətinin üzləşdiyi tənqidin zorakı anti-hökumət sui-qəsdi olduğuna dair yalan iddiasından dərin narahatıq. Onların fərqli fikirləri boğması müdafiə forması deyil, bu, insan hüquqlarına hücum və Gürcüstanın insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin pozulmasıdır. Hakimiyyətə qarşı tənqid nə qədər sərt olsa da, bu söz azadlığı ilə qorunur və bütün dövlət məmurlarından tənqid və nəzarətə yüksək səviyyədə dözümlülük göstərməsi tələb olunur.
Gürcüstan hakimiyyəti zorakılıq dövrünə son qoymalı, bütün zorakı hücumları dərhal araşdırmalı və cinayətkarların kim olmasından asılı olmayaraq ədalətli məhkəmə qarşısında cavab verməsini təmin etməlidir”, -“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.
Zuka Berdzenişvili iyunun 11-də Tbilisidəki evinin yaxınlığında üç nəfərin hücumuna məruz qalıb. Fəal üzünə zərbələr aldığı üçün cərrahi əməliyyata ehtiyac yaranıb. Hücumdan bir saat əvvəl parlament sədri Şalva Papuaşvili sosial şəbəkədə yazı dərc edərək, Zuka Berdzenişvilini hakim partiya üzvlərinə qarşı “mütəşəkkil və siyasi motivli terror kampaniyasında” iştirak edən “qəzəblənmiş vətəndaşlardan” biri adlandırıb. Papuaşvilinin sözlərinə görə, Berdzenişvili “Utanc” hərəkatının üzvüdür və deputatlara təhdid və təhqirlər ehtiva edən zənglər edib. “Donorlar maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini rədd etməklə terroru normallaşdırırlar”, - Papuaşvili yazıb. Zuka Berdzenişvili rus qanununu dəstəkləyən deputatlara zəng etdiyini inkar etmir. Onun sözlərinə görə, o, iki ildir ki, “Utanc” hərəkatının üzvü deyil və heç vaxt mülki fəallıq üçün pul almayıb.
İyunun 7-də Tbilisi Dövlət Universitetinin birinci korpusunun yaxınlığında “Azadlıq Uğrunda” tələbə hərəkatının təsisçisi fəal Niko Manaqadzeyə hücum olunub, iyunun 2-də isə Tbilisi Şəhər Şurasının müxalifətçi üzvü Tsotne Koberidzeni avtobus dayanacağında qarşılayıb, onu döyməyə cəhd ediblər. Bundan əlavə, polis anti-Rusiya aksiyalarının iştirakçısı olan Qorili fəal İoseb Babayevi saxlayıb. Prokurorluq onu 2 ilədək həbslə cəzalandırılan qanunsuz silah-sursat əldə etmə-saxlama-daşıma maddəsi ilə ittiham etmək niyyətində idi, lakin hakim Levan Darbaidze bütün istintaq hərəkətlərini qanunsuz olaraq tanıyıb və Babayevin avtomobilindən çıxarıldığı iddia edilən silahı yolverilməz sübut kimi hesab edib. Fəal iddia edir ki, silahı onun maşınına qoyublar.