Araşdırmaçı jurnalist Nino Zuriaşvilinin maşınına ziyan vurulub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mayın 10-da naməlum şəxslər “Monitor” studiyasının redaktoru, tanınmış araşdırmaçı jurnalist Nino Zuriaşviliyə məxsus avtomobilə ziyan vurublar. Həmçinin evinin divarına təhqir və nifrət ehtiva edən plakatlar yapışdırılıb. Dünən “Monitor” studiyası ofisinin yerləşdiyi binada da oxşar məzmunlu plakatlar yapışdırılıb.

Nino Zuriaşvili Şevardnadze dövründən bəri yüksək vəzifəli məmurları irimiqyaslı korrupsiyada və insan haqlarının pozulmasında ifşa edir. O, onlarla yüksək profilli jurnalist araşdırmalarının müəllifidir.

“Monitor” studiyası Gürcüstanda azad medianın yoxa çıxması məqsədi daşıyan rus qanununun qəbuluna fəal şəkildə qarşı çıxır.

“Hökumət və hüquq-mühafizə orqanları bu cür hücum hallarına reaksiya vermir. Bu, bizi bu faktların arxasında hökumətin dayandığını düşünməyə vadar edir.

Son günlər Gürcüstanda tətbiq edilən rus ssenarisində müstəqil mediaya qarşı bu həll üsullarını yaxşı bilirik. Buna baxmayaraq, “Monitor” studiyası komandası həmişə olduğu kimi jurnalist araşdırmaları üzərində işləməyə davam edir”, - Nino Zuriaşvili deyir.

Son günlər “xarici agentlər” haqqında rus qanunu əleyhdarları mülki fəallar və müxalif siyasi partiyaların üzvlərinə hücum edir, fiziki təzyiq göstərirlər.

Naməlum şəxslər rus qanununa etiraz etdiklərinə görə jurnalistlərə və onların ailə üzvlərinə kütləvi şəkildə zəng edir, onları söyür və hədələyirlər. Mayın 9-dan mediaların ofislərinin yerləşdiyi və ya jurnalistlərin yaşadığı binalara “rus qanunu” təsdiq olunmamış araşdırmaçı jurnalistləri agent elan edən təhqiredici plakatlar yapışdırırlar.

Mayın 9-u və mayın 10-na keçən gecə “TV Pirveli”nin binasının yaxınlığında maskalı naməlum şəxslər jurnalistləri və onların müsahiblərini pusquya salmağa cəhd ediblər. İnformasiya xidmətinin rəhbəri Nodar Meladzenin sözlərinə görə, maskalı şəxslərin binaya soxulması təhlükəsi olub. Çoxsaylı zənglərə baxmayaraq, polis hadisə yerinə gəlməyib.

“Hücumların mütəşəkkil və sistemli olması, cinayətkarların cəzasız qalması, habelə hücum edənlərin vətəndaşların şəxsi məlumatlarına çıxışı bütün bunların arxasında hökumətin dayandığını göstərir”, – Jurnalist Etikası Xartiyasında deyilir. Gürcüstan hökumətini dərhal konstitusiya çərçivəsinə qayıtmağa və öz vətəndaşlarının təqibinə və zorakı qrupların müdafiəsinə nəzarəti qeyd-şərtsiz dayandırmağa çağırır.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun oxunuş mayın 13-ü həftəsinə təyin edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur