Mayın 10-da, gecə saatlarında “Pirveli” televiziyasının informasiya xidmətinin rəhbəri Nodar Meladze bildirib ki, televiziyanın girişində və həyətində maskalı şəxslərlə şübhəli avtomobillər müşahidə edilib. Nodar Meladzenin fikrincə, pusquda gözləyən adamlar təkcə televiziyada çalışan insanlar üçün deyil, həm də onların qonaqları üçün təhlükə yarada bilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dərhal təhlükəyə reaksiya verməsi üçün Meladze Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb, 5 dəfə 112-yə zəng edib, Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin rəisi Keti Kovziaşvili ilə də əlaqə saxlayıb, lakin polis hadisə yerinə gəlməyib.
“Beş saatlıq gözləmədən sonra polis yenə gəlmədi. “TV Pirveli”nin binası yaxınlığında maskalıların toplanmasına Daxili İşlər Naziri heç bir reaksiya verməyib. Müraciətdə qeyd etmişdik ki, hücum təhlükəsi var, polis bunu görməzdən gəlib. Biz bir neçə dəfə 112-də yoxladıq, o cümlədən canlı efir vasitəsilə çağırdığımız ekipajın harada olduğunu soruşduq.
Bizə bildirdilər ki, müraciət hüquq-mühafizə orqanına ötürülüb, lakin polis yenə gəlmədi. Bu, insanların təqib edilməsinin, döyülməsinin, pusquya salınmasının arxasında hakimiyyətin olduğunun birbaşa sübutudur.
Bu, terrordur, reketdir, jurnalistlərə qarşı hədə-qorxudur ki, sabah biz öz peşə borcumuzu yerinə yetirməyək. Bağışlayın! Amma nə etsəniz də, televiziya həmişə canlı efirdə olacaq. Bundan sonra hər bir işçinin həyatına və sağlamlığına görə məsuliyyət sizin üzərinizdədir”, - Nodar Meladze qeyd edib.
Reaksiya verməsi üçün teleşirkət jurnalist fəaliyyətinə qanunsuz müdaxilə faktlarını araşdırmaq öhdəliyi olan Xüsusi İstintaq Xidməti ilə əlaqə saxlayıb. Hadisə yerinə daha sonra xidmətin müstəntiqləri gəlib və işçiləri dindiriblər.
Mayın 8-9-da naməlum şəxslər müxalif “Qirçi – Daha Çox Azadlıq” siyasi partiyalarının üzvü Boris Çele Kuruaya və “Axali”nin üzvü Nodar Çaçanidzeyə, fəal Laşa Ğvinianidzeyə, beynəlxalq əlaqələr üzrə mütəxəssis Qia Caparidzeyə, “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani və musiqiçi Qio Şenqeliaya hücum edib və onlara fiziki təzyiq göstəriblər. Bundan əvvəl, mayın 3, 5 və 7-də Tbilisidə rus qanununa qarşı etiraz aksiyasında iştirak edən gənclərə; Lançxutidə pedaqoq Lado Apxazava və oğluna; Tbilisidə qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupuna hücum edilib. Hücum edilənlərin hamısı rus qanunu əleyhdarlarıdır.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü “xarici agentlər” haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkradan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etirazlar keçirilir. Artıq “Gürcü arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun iclası mayın 13-ü həftəsinə təyin edilib.