“Milli Hərəkat”ın üzvü Dimitri Çikovaniyə hücum olunub 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Müxalif “Milli Hərəkat” partiyasının üzvü Dimitri Çikovaniyə hücum olunub və fiziki təzyiq edilib. Çikovani üz nahiyyəsindən çoxsaylı bədən xəsarətləri alıb. Hücumdan əvvəl, aprelin 23-də baş nazir İrakli Kobaxidze “Davit Kezeraşvili və Dima Çikovani tərəfindən 1000 lariyə maliyyələşdirilən şəxslər rus qanunu əleyhinə aksiyalarda öndə dayanırlar” bəyanatı vermişdi.

“Giriş qapısında papaqlı iki nəfər var idi və hər şey çox qəfil baş verdi. “Gürcü Arzusu”nun qorxaq “tituşkaları” düz 3 dəqiqəyə qaçdı. Bu, rus rejimidir, bu, rus qanunudur, o, artıq qüvvədədir və gürcü xalqını heç nə dayandıra bilməz. Dostlarıma, artıq üç həftədir küçədə rus qanununa etiraz edən insanlara demək istəyirəm ki, bu rejim bitib, bizi qorxuda bilməzlər, bizi diz çökdürə bilməzlər, bu heç nə deyil, bu onların sonudur”, - Çikovani “Formula”nın efirində deyib.

Dimitri Çikovani “Formula” teleşirkətinin yaradıcısının qardaşı və Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşıdır.

  • Mayın 3-də Tbilisidə aksiyada iştirak edən gənclərə hücum olunub və fiziki təzyiqlər edilib. Hücum edənlərdən bəzilərinin kimliyi media tərəfindən müəyyən edilib. Onlar “Gürcü Arzusu” ilə əlaqəli şəxslər, o cümlədən büdcədən maliyyələşən bir neçə məşqçidir.
  • Mayın 5-də Lançxutidə rus qanununa qarşı etiraz aksiyalarının fəal iştirakçısı, pedaqoq Lado Abxazava və oğlu evdən çıxarkən hücuma məruz qalıb.
  • Mayın 7-də İsveçin Tbilisidəki səfirliyindən çıxarkən sonra qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili, həmçinin “Formula” televiziya şirkətinin çəkiliş qrupu hücuma məruz qalıb. Kldiaşvili Formula-ya müsahibə verirdi.

Lado Apxazava və onun oğluna hücum edən yalnız bir nəfər, Lançxuti təcili yardım maşınının sürücüsü Koba Pipiaşviliyə qarşı ittiham irəli sürülüb. Prokurorluq onun girov müqabilində zaminə buraxılmasını istəyib. Ozurgeti məhkəməsi təqsirləndirilən şəxsi 4 min lari məbləğində girov müqabilində zaminə buraxıb. Hücumla bağlı digər faktlar, KİV hücum edənlərin kimliyini müəyyən etsə də, Daxili İşlər Nazirliyi tərəfindən araşdırılmayıb.

Mayın 8-də parlament sədri Şalva Papuaşvili artıq açıq şəkildə bəyan edib ki, onlar partiya strukturları vasitəsilə “zorakılıqda, digər qanunsuz hərəkətlərdə, təhdidlərdə və şantajda iştirak edən və ya bunu ictimai şəkildə bəyənən bütün insanlar haqqında məlumatın toplandığı məlumat bazası yaradacaqlar”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur