Batumi Şəhər Məhkəməsinin hakimi Aleksandre Qoquadze iyulun 31-i, limanda Rusiya səyahət gəmisinə qarşı keçirilən aksiyada saxlanaılanları qanunu pozan kimi tanıyıb və onları cərimələyib. Vəkillər müdafiə etdikləri şəxslərin əməllərinin konstitusiyanın təmin etdiyi ifadə azadlığı çərçivəsində olduğunu iddia ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Polisi zorakılıqda və vəzifə səlahiyyətlərini aşmaqda günahlandıran “Droa” partiyasının Batumi təşkilatının rəhbəri Qenri Dolidze, Ukrayna vətəndaşı Marina Çobaniani və aktivist Xatuna Beridze 2000 lari məbləğində cərimələnib.
Hakimin izah etdiyi kimi, o, Marina Çobanianiniyə qarşı xırda xuliqanlığa görə yalnız qadın olduğuna görə 15 sutkalıq inzibati həbs tətbiq etməyib.
“Marina xanım polislərlə münasibətində bütün qırmızı xətləri keçib, hətta az qala polisləri döyüb, əlindəki əşya ilə onların başına vurmağa çalışıb. O, nəqliyyat vasitəsinin hərəkət etməli olduğu dəhlizə daxil olmaq istəyərkən saxlanılıb. Polis buna icazə verməyib deyə, o, az qala polisləri döyüb, məncə, bu, çox ciddi cinayət idi. Yeri gəlmişkən, mən çox düşündüm və əgər qız olmasa idi, mən onu inzibati həbs cəzasına məhkum edə bilərdim”, - deyə hakim Qoquadze bildirib.
Polis əməkdaşlarının onun əleyhinə yalan ifadə verdiyini iddia edən “Pirveli” televiziya şirkətinin keçmiş jurnalisti Tornike Kverençxiladze də 2000 lari məbləğində cərimələnib. “Ən azından mənim polis rəisi ilə gülümsəyərək danışdığım görüntüləri də mi görmədiniz. Mantiyanızdan “Gürcü Arzusu”nun köynəyi görünür. Siz səhv adamsınız”, - deyə hakimə müraciət edən Tornike Kverençxiladze deyir ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Hakim Aleksandre Qoquadzenin qərarına əsasən, mart etirazlarının həbs olunan iştirakçısı Lazare Qriqoriadisinin atası Beka Qriqoriadisi 3500 lari məbləğində cərimələnib.
İyulun 31-də Batumi limanında keçirilən etiraz aksiyasında xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə ikisi Ukrayna vətəndaşı olmaqla ümumilikdə 23 nəfər saxlanılıb. Acara Ali Şurasının Vahid Milli Hərəkat Partiyasından olan üzvü Levan Antadzenin oğlu İliya Antadzenin işi üzrə qərarın elanı sentyabrın 7-nə təxirə salınıb. Sübut olmadığı üçün bir nəfər barəsində inzibati icraata xitam verilib.
İyulun 31-də Soçi limanından çıxan və Rusiya vətəndaşlarını daşıyan “Astoria Grande” səyahət gəmisi Batumi limanına daxil olub. Bu, Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları, habelə “Rusiya işğalçıdır” yazıları ilə vətəndaşlar tərəfindən qarşılanan gəminin bir həftə ərzində Gürcüstan limanına ikinci səfəri olub. Daxili İşlər Nazirliyi limanda patrul və kriminal polis qüvvələrini, o cümlədən xüsusi təyinatlıların əməkdaşlarını səfərbər edib, gəmiyə çıxışları dəmir bəndlərlə bağlayıb. Rus turistlərin bir qismi polisin köməyi ilə Batumiyə getmək üçün gəmidən düşə bilib. Səyhət gəmisi planlaşdırılan vaxtdan bir neçə saat tez, günün sonunda limanı tərk edib.
Rusiya gəmisinin Batumiyə gəlməsi iyulun 27-də “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin “qabalıq” adlandırdığı etiraz aksiyası ilə müşayiət olunub.
“Astoria Grande”nin rəsmi saytında dərc edilən məlumata görə, avqust və sonrakı aylar üçün planlaşdırılan səyahət proqramında artıq Batumidə dayanacaq yer almayacaq. Proqramda dəyişiklik yəqin ki, Batumidə keçirilən aksiyalardan sonra edilib.