ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bəyan edib: “Kim “Xalqın Gücü”nün qanun layihəsinin hər hansı variantına səs versə, Gürcüstanın Avro-Atlantik gələcəyini riskə atmaq üçün birbaşa məsuliyyət daşıyacaq”. Onun sözlərinə görə, Gürcüstana təsir agentləri haqqında qanun layihələrinin hər hansı variantı lazım deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“BMT, ABŞ, Avropa İttifaqı, Avropa Şurası, bir çox üzv dövlətlər, Gürcüstanın dünya miqyasındakı dostları dəfələrlə Gürcüstan hakimiyyətini bu qanunu qəbul etməməyə, bu qanunun qəbulunu dayandırmağa çağırıblar, çünki bu həmin təşkilatların, o cümlədən səyləri yerli əhalinin həyatını yaxşılaşdırmağa yönəlmiş, ümumi məqsədlər üçün çalışan yerli təşkilatların işini, yəni Gürcüstanın dostları və onun yerli tərəfdaşları ilə əməkdaşlıqla illərdir davam edən bu işi təhlükə altına salacaq, hansı ki, təhlükəsiz və uğurlu gələcək deməkdir.
Beləliklə, sual yaranır - niyə? Bu qanunun əsas məqsədi nədir? Əsas səbəb nədir, çünki biz çox gözəl görürük ki, bu qanunun qəbulu gürcü xalqının çox aydın seçimi olan Gürcüstanın Avro-Atlantik gələcəyini həqiqətən təhlükə altına salacaq”, - ABŞ səfiri bildirib.
Parlament çoxluğunun üzvləri Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraia, Eka Sefaşvili, Davit Katçarava və Zaal Mikeladze “Gürcü arzusu” tərəfindən də dəstəklənən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentə təqdim ediblər. Qanun qəbul olunarsa, beynəlxalq fondlardan maliyyə alan Gürcüstanın qeyri-hökumət və media təşkilatları Gürcüstanda “xarici təsir agentləri” reyestrində qeydiyyatdan keçəcəklər. Qanun layihəsinin müəllifləri bildirirlər ki, onların hazırladıqları sənəd 1938-ci ildə ABŞ-da qəbul edilmiş “Xarici Agentlərin Qeydiyyatı Haqqında Akt – FARA”ya (Foreign Agent Registration Act - FARA) əsaslanır, baxmayaraq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays onun hansısa Amerika qanunlarına deyil də, oxşar Rusiya və Macarıstan qanunvericiliyinə əsaslandığını bildirib. Bundan sonra “Xalqın Gücü”nün üzvləri FARA-nın hərfi tərcüməsi olduğunu iddia etdikləri “Xarici Agentlərin Qeydiyyatı Haqqında” adlı başqa bir qanun layihəsi təqdim etdilər.
Eyni adlı agentlər haqqında qanun layihələri Martın 2-də Milli Məclisin Xarici əlaqələr, Müdafiə və Təhlükəsizlik komitələrinin birgə müzakirəyə çıxarılacaq. Parlament çoxluğu onlardan birini iyunun sonuna kimi qəbul etmək niyyətindədir.
Bu mövzu haqqında:
“Xarici təsir agentləri” haqqında qanun layihəsi Aİ normalarına uyğun deyil - Borel
Təsadüfi deyil ki, Kremlin hədəflərindən biri Gürcüstandakı vətəndaş cəmiyyətidir
“Xalqın Gücü”nün qanun layihəsi demokratiya prinsipləri ilə uzlaşmr - Xalq Müdafiəçisi