Təhsil və elm naziri Qiorqi Amilaxvarinin sözlərinə görə, məktəblərdə uşaqlar üçün pulsuz qida verilməyə başlamazdan əvvəl infrastruktur, xüsusən də bufet problemi həll edilməlidir ki, bu da iki-üç il çəkəcək. Nazir məktəb yeməkxanalarındakı vəziyyəti düzəltmək üçün 2023-cü ilin sonuna kimi yeni sərəncamın təsdiqlənəcəyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Nazirlikdə xüsusi proqram yaradılıb, ayrıca qrup ayrılıb və o buna ilkin mərhələdə başlaya biləcəyimiz məktəbləri müəyyənləşdirir və harada hansı vəziyyətin olduğunu öyrənir. Siyahıya alınma davam edir. Hal-hazırda, bunun mümkün olduğu yerlərdə fəaliyyət göstərən məktəb bufetləri var ki, burada nazirin illərdir yenilənməyən sərəncamı var və o bugünkü tələblərə cavab verə bilmir. Ona görə də yaxın vaxtlarda bütün qurumların, o cümlədən valideynlər assosiasiyasının iştirakı ilə bu sərəncam yenilənərək təsdiqlənərək qüvvəyə minəcək. Bu, ilin sonuna qədər baş verəcək ki, mövcud bufetlərdəki vəziyyətimiz düzəlsin və sonra biz ikinci mərhələyə keçək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, “dünyanın heç bir yerində elə bir model tapa bilməzsiniz ki, məktəb qidaları tamamilə pulsuz olsun və o, bütün təbəqələr üçün, bütün sosial təbəqələr üçün tam dövlət tərəfindən maliyyələşdirilsin.
Dövlət məktəblərdə müvafiq infrastruktur yaratmalıdır”.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun 2023-cü ildə apardığı araşdırmaya görə, uşaqların üçdə birindən çoxu, yəni 35%-i məktəbdə qaldıqları müddətdə heç vaxt qidalanmır, 14%-i nadir hallarda, 24%-i isə bəzən qidalanır. Uşaqlar yemək yeməmələrinin səbəbi kimi ən çox maliyyə problemlərini göstərirlər.
Uşaqların rifahı barədə keçirilən sorğu iştirakçılarından uşaqların məktəbdə qidalanmalı olub-olmaması soruşulub. Valideynlərin/ailə üzvlərinin 83,2%-i bu suala müsbət cavab verib. Bununla belə, respondentlərin əksəriyyəti (74,2%) məktəbdə qidalanma proqramları üçün əgər məbləğ onalr üçün əlverişlidirsə pul ödəmək istədiklərini, 10,3% bu pulu ödəyə bilməyəcəklərini, digər 12,5% isə məktəbin uşağı pulsuz qidalandırmalı olduğunu hesab edir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun 2019-cu il göstəricilərinə əsasən, Gürcüstanda demək olar ki, hər dördüncü uşaq (24,4%) yoxsulluq şəraitində yaşayır. Sorğuda iştirak edən şagirdlərin 77%-i məktəbə gələndə bəzən (42%) və ya həmişə (35%) aclıq hiss etdiklərini bildirir ki, bu da şagirdlərin savadlılıq üzrə aşağı nəticələrinə birbaşa təsir edir.
Valideynlər Assosiasiyasının təşəbbüsü ilə cari ilin oktyabr ayında 10 mindən çox insan təhsil və elm nazirinə petisiya ilə müraciət edərək məktəb bufetlərində qeyri-sağlam qidaların satışının dərhal dayandırılmasını və dövlətin məktəblərdə sağlam qida proqramının tətbiqinə diqqət yetirməsini tələb edib.
Tsalenjixa bələdiyyəsi Gürcüstanda yeganə bələdiyyədir ki, burada yerli hökumət birinci sinif şagirdlərini qida ilə təmin etmək proqramı tətbiq edib. 30 ictimai məktəbinin 300 birinci sinif şagirdinin gündəlik qidası 4 lari məbləğində maliyyələşdirilir.