“Bunlar biabırçı spekuliyasiyalardır”, - Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərin terror təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi İran prezidentinin andiçmə mərasimində iştirak etmək onun üçün narahatçılıq yaradırmı sualına belə cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidzenin sözlərinə görə, region İran prezidentinin andiçmə mərasimində ən yüksək səviyyədə təmsil olunub.
“Mən İran prezidentinin andiçmə mərasimində iştirak etmişəm. İran regionda çox mühüm dövlətdir. Bunu nəzərə alaraq, bu açılışa regionun demək olar ki, bütün dövlətləri qatıldı. Bu andiçmə mərasimində Cozef Borelin şəxsi nümayəndəsi, BMT baş katibinin şəxsi nümayəndəsi iştirak edirdi, yəni oradaki tərkib nümayəndəlik xarakteri daşıyırdı.
Regionun özünə gəlincə, region ən yüksək səviyyədə təmsil olunub. Orada, o cümlədən Azərbaycanın və Ermənistanın baş naziri də var idi. Bölgə başdan-sona təmsil olunurd”, - Kobaxidze bildirib.
İyulun 30-da İrakli Kobaxidze İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Tehranda, İran İslam Respublikası Məclisində keçirilən andiçmə mərasimində iştirak edib.
“Reuters”in məlumatına görə, Məsud Pezeşkian “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları altında and içib. And içmə mərasimində İranın müttəfiqləri olan “Həmas” və “İslami Cihad” liderləri, həmçinin Tehranın dəstəklədiyi Yəmənin “Husilər” və Livanın “Hizbullah” hərəkatının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Pezeşkian iyulun əvvəlində sələfi Ebrahim Rəisin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra prezident seçilib. İrakli Kobaxidze Xarici İşlər naziri İlya Darçiaşvili ilə birlikdə mayın 22-də İrana səfər edib və Rəisinin dəfn mərasimində iştirak edib.
Bu mövzuda baxın: