Gürcüstanın “Georgian Airways” aviaşirkəti Moskvadan Tbilisi üzərindən Nitsaya tranzit uçuşları həyata keçirməyə başlayıb. Aviaşirkətin saytında yer alan məlumata görə, uçuşlar hər çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məsələn, iyulun 8-i, şənbə günü Moskvadan yola düşən sərnişinlər Tbilisi Beynəlxalq Hava Limanında cəmi bir saat yarım dayanacaq, sonra isə Fransanın dənizkənarı kurortuna gedəcəklər. Biletin qiyməti 2206 laridən başlayır.
“Georgian Airways”in veb səhifəsinin məlumatına görə, Gürcüstan aviaşirkəti həmçinin Moskvadan Paris, Amsterdam, Vyana, Salonik, Milan, Berlin, Tel-Əviv və Larnakaya da tranzit uçuşlar həyata keçirəcək. Məsələn, Moskvadan Parisə və Milana tranzit uçuşlar hər cümə və bazar günləri, Moskva-Tbilisi-Berlin reysləri isə çərşənbə-şənbə günləri həyata keçiriləcək.
Gürcüstan aviaşirkətinin prezidenti Tamaz Qayaşvili hələ may ayında Moskvadan Avropa paytaxtlarına tranzit uçuşların planlaşdırıldığını açıqlamışdı.
“Georgian Airways” Tbilisi-Moskva-Tbilisi marşrutu üzrə həftədə 7 tezlikdə uçuşlara iyunun 20-dən başlayıb. Bu, Rusiya prezidenti Vladimir Putinin 10 may tarixli fərmanı ilə, təxminən 4 il əvvəl Gürcüstana birbaşa uçuşların dayandırılması ilə bağlı qərarını ləğv etməsindən sonra baş verib. Gürcüstan prezidenti Rusiyaya uçuşlar səbəbindən “Georgian Airways”i boykot etdiyini açıqlayıb. Salome Zurabişvilinin dediyi kimi, bu, hər hökumət dövründə “həmişə bu dövlətdən varlanmaq üçün istifadə edən” bir aviaşirkətdir. Cavabında Tamaz Qaiaşvili Zurabişvilini “persona non qrata” elan edib və gürcü xalqından üzr istəməyincə onu təyyarəyəsinin göyərtəsinə buraxmayacağını bildirib.
İyulun 1-də Ukrayna höküməti “Georgian Airways” və Tamaz Qaiaşviliyə sanksiya tətbiq edib. Onlar Rusiya ilə əlaqələrə və Ukraynaya qarşı müharibə görə sanksiya tətbiq edilən əlavə 190 şəxs və 290 şirkət arasında olublar.
Gürcüstanın beynəlxalq tərəfdaşları Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına narahatlıqla baxırlar. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Gürcüstan Xəbərləri”nə müsahibəsində deyib ki, birbaşa uçuşlar Rusiya vətəndaşlarına Avropaya çıxış imkanı verir, çünki Avropa Rusiya vətəndaşları üçün öz hava məkanını bağlayıb.
“Birbaşa uçuşlar onlara Avropaya doğru arxa qapıları açır”. Yenə də Rusiya vətəndaşları hökumətlərinin müharibəyə başlamağı seçdiyi üçün təcrid olunduqlarını başa düşməldirlər
Bütün bu Avropa regionunda Rusiya yenidən müharibəyə başlayanadək 75 il ərzində nisbətən sülh və sabitlik hökm sürürdü. Onlar 2008-ci ildə burada müharibə başlatdılar, 2014-cü ildə Ukraynaya hücum etdilər və indi sadəcə Rusiya İmperiyasını bərpa etmək üçün acgöz istəklərinə görə Ukraynanı, bir millət kimi ukraynalıları məhv etmək üçün dağıdıcı cəhdlə yenidən qayıdırlar. Düşünürəm ki, bir çox insan qorxur ki, əgər biz bir yerdə və möhkəm dayanmasaq, Putin belə davam edə bilməyəcəyi, bunun dayanmalı olduğu mesajını almayacaq. Belə ki, Tbilisiyə birbaşa uçuş imkanının verilməsi, daha sonra isə Fransaya və ya Almaniyaya səyahət imkanının verilməsi Rusiya vətəndaşlarında hər şeyin qaydasında olduğu fikrini yaradacaq. Bu normal deyil. Hamımızın son 75 ildə qurmaq üçün çox işlər gördüyü sülhü və sabitliyi məhv edən onların hökumətidir.