İctimai təşkilatlar və KİV prezidenti Nika Qvaramiyanı əfv etməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüatan Jurnalist Etikası Xartiyasının fotosu

Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günündə media nümayəndələri Gürcüstan prezidentinin administrasiyası qarşısında aksiya keçirərək Salome Zurabişvilini “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramini əfv etməyə çağırıblar. Mayın 16-da Qvaramiyanın həbsindən bir il ötür.

“Demokratik cəmiyyətdə fikir və ifadə azadlığına görə heç kim təqib edilməməlidir. Nika Qvaramiya vicdan məhbusudur, o, redaktor siyasətinə və jurnalist fəaliyyətinə görə hazırda həbsdə olan şəxsdir. Ona təqdim olunan təqsirin bununla əlaqəsi yoxdur. Bununla hökumət ictimaiyyətə bildirir ki, mənim üçün qəbuledilməz bir şəxsi zərərsizləşdirib həbsxanaya salmaq istəsəm, bunun səbəbini mütləq tapıb cəzalandıracağam”, - deyə jurnalist Zviad Koridze bildirib.

“Uzun müddətdir ki, onun əfv etməsini gözləyirdik, lakin indiyə qədər prezident bu gözləntimizi puç edir. Ölkəmizdə siyasi məhbuslar var və özünü çox avropapərəst kimi qələmə verəndə bizdə bu şikayət yaranır ki, görəsən nəyi gözləyir, siyasi məhbus həbsdə nə vaxta qədər oturmalıdır? Bu, bizim üçün anlaşılmazdır”, - araşdırmaçı jurnalist və “Monitor” studiyasının redaktoru Nino Zuriaşvili qeyd edib.

Bu gün qeyri-hökumət təşkilatları birgə bəyanat yayıblar. Bəyanatı imzalayanlar bir tərəfdən Gürcüstan prezidentini “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramiyanı əfv etməyə, digər tərəfdən isə Gürcüstanın Ali Məhkəməsini Nika Qvaramiyaya qarşı davam edən cinayət işnə vaxtında, obyektiv və qərəzsiz şəkildə baxmağa çağırırlar.

Bəyanata görə, Qvaramiyaya qarşı qaldırılan iş bütövlükdə onun ədalətli məhkəmə hüququndan faydalanmasına xələl gətirir, ifadə azadlığına zəiflədici təsir göstərir və dövlətdə plüralist media mühitinin mövcudluğuna təsir edən azad məkanın daralması presedenti yaradır.

Bəyanatda Nika Qvaramiyanın həbsi məsələsinin birbaşa olaraq Gürcüstanın Aİ-yə namizəd statusu almaq üçün yerinə yetirməli olduğu 12 şərtdən biri ilə bağlı olduğu vurğulanır.

Martın sonunda prezident Salome Zurabişvili Qvaramiyanın əfv olunması ilə bağlı bildirib ki, onun ona qarşı şəxsi küskünlüyü yoxdur və bu məsələ açıqdır. Bundan əlavə, Zurabişvili qeyd edib ki, əfv prezidentin ixtiyarında oalan  hüququdur, “bu, azad qərar olmalıdır” və “yeganə çəkindirici amil bitməyən tövsiyələr və ya təzyiqlərdir”.

2022-ci il noyabrın 2-də Tbilisi Apellyasiya Məhkəməsi kollegiyası Qvaramiyanın təqsirləndirilməsinə dair hökmü cəza baxımından dəyişməz qoyub və onu 3,6 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qismən dəyişdirib. Xüsusilə, Nika Qvaramiya “Rustavi 2” şirkətinə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə (vəzifə səlahiyyətlərindən sui-istifadə) həbs edilib, çünki Tbilisi Şəhər Məhkəməsi 16 may 2022-ci il tarixli hökmü ilə ona ittihamın ikinci epizodu üzrə “Rustavi 2”yə 6 763 509 lari  ziyan vurulması hissəsində yalnız 50.000 lari cərimə tətbiq edib. Apellyasiya Məhkəməsi ona, bu epizoda görə də həbs qəti-imkan tədbiri seçib. Nika Qvaramiyanın işindən Ali Məhkəməyə şikayət verilib. Dörd ay keçib və kassasiya şikayətinə baxılmasına hələ başlanmayıb.

 

Bu mövzu haqqında:

Mühit getdikcə düşmənçiliyə çevrilir - Gürcüstan mətbuat azadlığı indeksində 77-ci yerdədir

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur