İctimai Yayımçının birinci kanalının məşhur proqramlarından biri olan “Akustika”nın aparıcıları Mebo Nutsubidze və Mako Mçedlişvili işdən çıxarılıb. Onlar 6 il idiki musiqi layihəsinə rəhbərlik edirdilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İyunun 9-da Mako ilə tamaşaçılara təşəkkür etdik, növbəti mövsümə qədər sağollaşdıq və daha çox yenilik və maraqlı xəbərlərlə qayıdacağımıza söz verdik. Təəssüf ki, birinci kanalın efirində nə Mako, nə də mən bu vədləri yerinə yetirə bilməyəcəyik.
Dünən akustika səyahətimiz bizim üçün tamamilə gözlənilməz şəkildə sona çatdı. Belə qərar verildi ki, yeni mövsümdən verilişdə yeni aparıcılar olacaq”, - Mebo Nutsubidze “Facebook”da yazıb.
İctimai Yayım rəhbərliyi sözügedən qərarın nə ilə bağlı olduğunu izah etmir.
Mebo Nutsubidze “xarici agentlər” haqqında rus qanununa fəal şəkildə qarşı çıxırdı və hökuməti tənqid etməkdən çəkinmirdi. “Görürsən, ey adam, bu insanlar sənin qanununu istəmirlər. İstəyirsən rus, istər fransız, istərsən alman qanunu de. Adın nə mənası var? Evimin qarşısındakı çuxurdakı suya okean desəm, zamanla orada gəmilər peyda olacaq? Məhz, o qanun da bunun kimi yararsızdır və zaman heç nəyi dəyişməyəcək. Xalq bunu istəmir və bitdi”, - Mebo Nutsubidze aprelin 8-də “Gürcü Arzusu”nun rus qanununu yenidən irəli süməsindən sonra yazıb.
2023-cü ilin sonunda ictimai yayımçı aparıcı Davit Qorqiladzeni işdən çıxararaq onun ən reytinqli proqramlardan biri olan “Qorqiladzenin dözülməz yüngüllüyü” proqramını bağladı. Davit Qorqiladze də ötən ilin martında hakim partiyanın qəbul etməyə çalışıb uğursuz olduğu rus qanunu ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edirdi. İctimai yayımçı qərarı maliyyələşdirmə modelinin dəyişdirilməsi ilə izah edib və məsələnin siyasiləşdirilməsini “qəti şəkildə qəbuledilməz” hesab etdiklərini bildirib.