Parlament çoxluğu xarici agentlər haqqında təşəbbüsü irəli sürülmüş iki qanun layihəsindən birini bu il iyunun sonunadək təsdiq etməyi planlaşdırır. Bu barədə parlament çoxluğunun üzvü Dimitri Xundadze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü arzusu” fraksiyasının rəhbərləri ilə görüşdə aşağıdakı qərarlar qəbul edilib: yaxın günlərdə həm Gürcüstan, həm də Amerika qanun layihələrinin komitə və plenar müzakirələri keçiriləcək, bundan sonra birinci oxunuşda hər iki layihəni dəstəkləyəcəyik. Birinci oxunuşdan əvvəl qanun layihəsinin Gürcüstan variantına xarici təsir agentlərinin dairəsini dəqiqləşdirən bir sıra texniki düzəlişlər daxil ediləcək, məsələn, qanun avtorizə edilmiş təhsil müəssisələrinə, müvafiq tibb müəssisələrinə və s aid edilməyəcək. Birinci oxunuşdan sonra həm Gürcüstan, həm də Amerika qanun layihəsi Venesiya Komissiyasına göndəriləcək. Bundan əlavə, cari sessiya bitənə qədər qanun layihəsini üç oxunuşda qəbul etmək istədiyimizi əsas götürərək, Venesiya Komissiyasından nəticəni sürətləndirilmiş şəkildə təqdim etməsini tələb edirik. Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, iyunun sonuna kimi biz üç oxunuşda qanun layihəsinin gürcü və ya amerikan variantını dəstəkləyəcəyik və qəbul edəcəyik.
Biz bunu Venesiya Komissiyasına göndərmək istəyirik, çünki onların mövqeyini öyrənmək istəyirik. Şərhlər varsa və nəzərə alınasıdırsa, təbii ki, nəzərə alacağıq. Nəhayət, bu ikisindən biri qəbul olunacaq”, - Xundadze bildirib.
Venesiya Komissiyasının funksiyası öz qanunvericiliyini və ya hüquqi strukturlarını demokratiyanın, insan hüquqları və qanunun aliliyinin Avropa standartları və beynəlxalq təcrübəyə uyğunlaşdırmasını istəyən Avropa Şurasına üzv dövlətlərə hüquqi tövsiyələr verməkdir. 2014-cü ildə Venesiya Komissiyası Rusiya Federasiyasında qəbul edilmiş "Xarici agentlər" qanunu ilə bağlı tənqidi hesabat hazırladı və qeyd etdi ki, xaricdən maliyyə alan qeyri-kommersiya təşkilatlarının şəffaflığının təmin edilməsinə olan maraq, insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində çalışan təşkilatların fəaliyyətini məhdudlaşdıran tədbirlərə haqq qazandıra bilməz. "Xarici agentlər" termini ilə bağlı Venesiya Komissiyası yazırdı ki, kommunist dövrünün ritorikasına dönərək, bu termin tətbiq olunduğu təşkilatlara damğa vurur, onların reputasiyasına xələl gətirir və onların işinə ciddi əngəl törədir.
Fevralın 20-də Gürcüstan Parlamentinin Bürosu qanun layihəsində hüquq departamentinin rəyinin olmamasına baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə yenidən baxılması prosedurunun başlanmasını dəstəkləyib. Mövcud təcrübəyə əsasən, bu rəy olmadan təqdim edilən qanun layihəsi Büro tərəfindən müəlliflərə qaytarılırdı.
Gürcüstanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət, icma və media təşkilatları qanun layihəsinin ölkə vətəndaşlarına qarşı yönəldiyini iddia edir.
- Qanun layihəsinə əsasən, xarici təsir agenti inzibati orqan (dövlət və ya bələdiyyə orqanı/qurum) və ya milli idman federasiyaları tərəfindən yaradılmış təşkilatlar istisna olmaqla, qeyri-sahibkar (qeyri-kommersial) hüquqi şəxs (qeyri-hökumət təşkilatı) və gəlirinin 20 %-dən çoxu xaricdən olan kütləvi informasiya vasitəsidir.
- Belə hüquqi şəxslər maliyyə hesabatı üzrə öhdəliklərə tabe olacaqlar. Bu, həmçinin keçmiş təqvim ili ərzində xərclənmiş pul vəsaitlərinin məbləği və təyinatı barədə məlumatların təqdim edilməsini də ehtiva edir. Xarici təsir agentlərinin reyestrinə daxil edilmiş məlumatlar ictimaidir.
- Qanun layihəsinə əsasən, “xarici təsir agenti”ni müəyyən etmək üçün Gürcüstanın Ədliyyə Nazirliyi monitorinq aparmaq imkanı əldə edəcək və bu monitorinq çərçivəsində ona şəxsi məlumatlar da daxil olmaqla bütün lazımi məlumatları emal etmək səlahiyyəti veriləcək.
- Monitorinqin başlanmasının əsasları aşağıdakılardır: Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı; konkret xarici təsir agenti ilə əlaqədar müvafiq göstəricini ehtiva edən Nazirliyə təqdim edilmiş yazılı bəyanat;
- Qanun layihəsinə əsasən, Nazirliyə 10, 20 və 25 min lari məbləğində cərimələr tətbiq etmək və təşkilatları məcburi qeydiyyata almaq səlahiyyəti də verilir.
Qanun layihənin təşəbbüskarları (Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Eka Sefaşvili və digərləri) iddia edirlər ki, qanun layihəsi, əsasən 1938-ci ildə ABŞ-da qəbul edilmiş “Xarici Agentlərin Qeydiyyatı Haqqında Akt – FARA”ya (Foreign Agent Registration Act - FARA) əsaslanır, baxmayaraq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays onun hansısa Amerika qanunlarına deyil də, Rusiya və Macarıstan qanunvericiliyinə əsaslandığını bildirib. Bundan sonra “Xalqın Gücü”nün üzvləri Amerika qanunun hərfi tərcüməsi olduğunu iddia etdikləri alternativ qanun layihəsi təşəbbüsü irəli sürüblər.