“Canvas”ı hər hansı bir zorakılıq hərəkəti etməkdə ittiham etmək tamamilə gülüncdür. Mən bu ittihamlardan qorxmuram, çünki bu ittihamlar tamamilə yalandır. Mən sübut edə bilərəm ki, çox pis şəkildə kəsilən və montaj edilən hər şey kontekstdən çıxarılıb”, - Serbiya vətəndaşı Sinisa Sikman “Amerikanın Səsi”nə müsahibəsində deyib. Dövlət Təhlükəsizlik Xidməti Sikmanı digər iki Serbiya vətəndaşı ilə birlikdə gəncləri Gürcüstanda hökuməti devirmək üçün hazırlamaqda ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təlimin məqsədi təkcə Gürcüstan mediasında deyil, bütün dünyada tez-tez təsvir olunduğu kimi rejimi dəyişmək deyildi. Əsas məqsədimiz konkret nümunələr əsasında qeyri-zorakı mübarizəni öyrətməkdir. Mən gizli xidmət agentlərinin nə dediyini və konkret misalları kontekstdən necə çıxardıqlarını gördüm.
Təbii ki, bəzi nümunələr kifayət qədər kobuddur. Amma bu, mənim Miloşeviçlə olan məsələm idi. Mən şəxsi təcrübəmdən bəzi nümunələrdən istifadə etdim”, - Sikman müsahibədə DTX-da verdiyi sorğu ilə bağlı da danışıb.
“Mən orada altı saatdan çox vaxt durdum, həmkarlarım daha az vaxt keçirdilər. Sonda söhbət belə oldu. Heç bir göstəriş verilmədi ki, nəsə edək, ya yox. Bundan sonra binadan çıxdıq, nahara getdik və daha sonra təyyarə ilə uçduq. Mehmanxanadan hava limanına getdik və belə oldu. Bütün hekayə budur. Səhər gördüm ki, hər şeyi çəkiblər və deyirlər ki, nə dediyimizi bilirlər. Prinsipcə, binada olarkən bilirdim ki, onlar hər şeyi lentə alırlar, amma indi həqiqətən görürəm ki, çəkiblər.
Mən hazırda Belqraddayam və məni narahat edən yeganə şey Gürcüstandakı vətəndaş cəmiyyətidir, bu, mənim əsas narahatlığımdır. Görünür, onlar [Gürcüstan hökuməti] vətəndaş fəallarını qorxutmağa çalışırlar və mən orada fəal olan insanlar haqqında düşünürəm, çünki mən çoxlu ölkələrin yanlış yolda olduğunu görmüşəm. Ümid edirəm ki, Gürcüstan bu yolu seçməyəcək”.
Vətəndaş Cəmiyyətinin İştirak Proqramı “USAID” tərəfindən maliyyələşdirilən Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilən beşillik təşəbbüsdür. Şərq-Qərb İdarəetmə İnstitutunun saytında açıq şəkildə dərc olunur ki, proqramın icrası prosesində müxtəlif beynəlxalq və yerli təşkilatlar, o cümlədən “CANVAS” (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) EWMI ilə sıx əməkdaşlıq edəcək.
Oktyabrın 2-də Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə DTX-nın nümayəndəsi Xviça Beqiaşvili bildirib ki, hakimiyyətin zorakılıqla devrilmə prosesinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalı olan qeyri-hökumət təşkilatları və mülki fəallarının böyük qruplarından birinə (USAID) maliyyəsi ilə hazırlıq keçrilib. Bundan sonra Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “USAID”-i iğtişaşların təlqinini maliyyələşdirməkdə ittiham edib.
Baş nazir İrakli Ğaribaşvilinin sözlərinə görə, Təhlükəsizlik Xidmətinin verdiyi bəyanatlar qabaqlayıcı xarakter daşıyır və o, “USAID”-in yerli ofisindən “şəffaf izahat” gözləyir.
ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatına görə, “USAID” proqramına qarşı irəli sürülən ittihamlar yalandır və Amerika xalqının Gürcüstana yardımının məqsədlərini kökündən təhrif edir. Eyni sözləri oktyabrın 3-də Vaşinqtonda keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də səsləndirib.
Patelin sözlərinə görə, ABŞ Gürcüstan Konstitusiyasında nəzərdə tutulan əsas hüquqların və ölkənin beynəlxalq öhdəliklərinin təmin edilməsi istiqamətində fəaliyyət göstərən gürcü təşkilatlarına kömək etməkdə davam edir.