“Konkret addımlar atılsın – bu, danışıqların açılması, Amerika ilə viza rejiminin ləğvi, ticarət əlaqələrinin dərinləşdirilməsi, birbaşa uçuşlardır. Əgər yanaşma və münasibət belədirsə və biz təkcə strateji tərəfdaşın sadə sözlərini yox, çünki hələ heç kim bilmir ki, bu təşəbbüslə irəli sürülən qanun layihəsi harada olacaq və hansı səviyyəyə çatacaq, əgər atıla biləcək konkret addımları görsək, təbii ki, qanuna ehtiyac olmayacaq” – Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze ABŞ Konqresində qeydiyyatdan keçirilmiş, Gürcüstana hökumət artmaqda olan anti-Qərb ritorikasından əl çəksə və insan haqları baxımından geriləməyə son qoysa iqtisadi və təhlükəsizlik baxımından hərtərəfli dəstək paketini nəzərdə tutan qanun layihəsinə bu bəyanatla cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalistlərin “Gürcü Arzusu”nun siyasi şurasının bəyanatının ABŞ-ın təklifini açıq şəkildə rədd etməsi ilə bağlı sualına Kaladze cavab verib ki, əksinə, bu, sübutdur ki, “kimsə nəyisə etmək istəyirsə, heç kim buna qarşı deyil.
“Bir az geriyə qayıdıb, qəbul etdiyimiz qeyri-hökumət təşkilatlarının şəffaflığı haqqında qanunun nə üçün vacib olduğunu bir daha vurğulamaq istəyirəm: biz son illərdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra inqilab cəhdlərinin, qryri-hökümət təşkilatlarının hökümətin istefası barədə birbaşa çağırışlarının və bəyanatlarının şahidi olmuşuq. Normal ölkələrdə qeyri-hökumət təşkilatının onların Gürcüstanda etdiklərini etməyə cürət etmələri təsəvvür oluna bilməz.
Bütün bunları kimin maliyyələşdirdiyini, bütün bunların arxasında duran donor təşkilatların kim olduğunu çox gözəl başa düşürük. Ona görə də ictimaiyyətin bunların kimdən maliyyələşdiyini və bu vəsaitlərin hansı layihələrə xərcləndiyini bilməsi üçün şəffaflıq vacibdir. Biz də özümüzü və ölkəmizi Qərbdən gələn, reallıqdan tamamilə uzaq, təhqiramiz bəyanatlardan qorumalıyıq. Təbii ki, tərəfimizdən cavablar olacaq.
Əgər strateji tərəfdaşımız vizasız gediş-gəliş, birbaşa uçuşlar, azad ticarət sazişi istəyirsə, biz tamamilə açığıq, bütün bunları alqışlayırıq və bu, sözdə qalmamalı, konkret addımlar atılmalıdır. Həmçinin Avropa İttifaqı ilə danışıqların başlanması ilə bağlı baş verən şantaj qəbuledilməzdir”, - Kaladze bildirib.
Tbilisi meri deyir ki, “heç kim sanksiyalardan qorxmur və bu baxımdan problem yoxdur”. “Düşünürəm ki, hökumət rəsmilərinin sanksiyaya məruz qalması təsəvvür gəlməyən hadisədir. Lakin bu gün dünyada elə ədalətsizlik baş verir, heçnə təəccüblü olmayacaq”, - deyə o əlavə edib.
Konqresə “dayanıqlı güzəştli ticarət rejimi”nin açılması, Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və hərbi dəstək paketinin hazırlanması üçün danışıqlara başlanılmasını nəzərdə tutan “MEGOBARI Act” adlı qanun layihəsi təqdim edilib. Bununla belə, proqram o zaman işə düşəcək ki, ABŞ “Gürcüstanın demokratiyanın möhkəmləndirilməsində əhəmiyyətli və davamlı irəliləyiş nümayiş etdirib, bunu ən azı mahiyyətcə ədalətli və azad seçkilər, balanslaşdırılmış seçkiqabağı mühiti yaratdığını” göstərdiyini təsdiq etdikdə işə düşəcək.
Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq ikinci qanun layihəsini də təqdim edəcək ki, bu da “Rus tipli Xarici Agentlər Qanunu”nun qəbulunda məsuliyyət daşıyan siyasətçilər və onların ailələrinə viza qadağası tətbiq edəcək. Hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin əməkdaşları da sanksiyaların hədəfi olacaq.
Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanunu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. Hakimiyyət beynəlxalq tərəfdaşların xəbərdarlıqlarını və qanunun qeyd-şərtsiz geri götürülməsi ilə bağlı ölkədə davam edən kütləvi etirazların tələbini nəzərə almayıb.
Prezident, onun fikrincə, Gürcüstan konstitusiyasının bir neçə maddəsinə zidd olan qanuna veto qoyub, lakin, “Gürcü Arzusu” bunu mayın 27-də keçiriləcək sessiya həftəsində aşmağı planlaşdırır.
Ötən həftə Tbilisiyə səfəri zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Ceyms O'Brayen hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, qanun Avropa normalarına uyğun gəlmədən qüvvəyə minərsə, biz ABŞ tərəfindən məhdudiyyətlər görəcəyik. Bundan əlavə, O'Brayenin sözlərinə görə, ABŞ-ın Gürcüstan hökuməti ilə birlikdə xərcləməyi planlaşdırdığı təxminən 390 milyon dollar yardımı var və əgər ABŞ indi “tərəfdaş yox, düşmən” hesab edilərsə, bu da sual altına düşəcək.