Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində ABŞ dövlət katibi, Entoni Blinkenin müşaviri Derek Şolesin Gürcüstan hökumətinin ölkənin Avro-Atlantik gələcəyini riskə atması ilə bağlı bəyanatına cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidzenin sözlərinə görə, Şoles ilə söhbət zamanı o, “keçmiş Amerika səfirinin dəstəyi və xaricdən maliyyələşdirilən “engeolar” vasitəsilə həyata keçirilən 2020-2023-cü illər üçün iki inqilabi cəhd barədə səmimi məyusluğunu bildirib.
Gürcüstanın baş naziri inqilab cəhdini dəstəkləməklə yanaşı, ABŞ-ı, xüsusən də Dövlət Departamentini rus qanunu və Tbilisidə davam edən etirazlarla bağlı yalan bəyanatlar verməkdə ittiham edib. Onun sözlərinə görə, bu, hökumətə keçmiş Amerika səfiri Keli Deqnanın “2020-2023-cü illərdəki bəyanatlara bənzər, o zaman xaricdən maliyyələşən qurumlar tərəfindən zorakılığı təşviq etməyə və inqilabi prosesləri dəstəkləməyə xidmət edən yalan bəyanatlarını” xatırladır.
“Həmçinin mən cənab Şolesə izah etdim ki, bu fonda münasibətlərin yenilənməsiı xüsusi səy tələb edir, bu ədalətli və vicdanlı yanaşma olmadan mümkün deyil”, - Kobaxidze yazır.
“Nyu-Yorkda tələbə etirazlarının amansızcasına dağıdılması ilə bağlı mən cənab Şolesə narahatlığımı bildirməmişəm”.
Mayın 2-də ABŞ dövlət katibinin müşaviri Derek Şoles X sosial şəbəkəsində şəffaflıq haqqında qanun layihəsi ilə bağlı Gürcüstanın baş naziri ilə danışdığını yazıb.
“Biz İrakli Kobaxidzeyə Gürcüstanın hazırkı trayektoriyası ilə bağlı narahatlığımızı bir daha bildirdik – hökumətin düşmənçilik ritorikası və antidemokratik qanunvericiliyi dəstəkləməsi Gürcüstanın Avro-Atlantik gələcəyinə təhlükə yaradır.
Birləşmiş Ştatlar Gürcüstan hökumətini Gürcüstanın Avro-Atlantik gələcəyə sadiqliyini bir daha təsdiqləməyə çağırır ki, bu da gürcülərin böyük əksəriyyətinin istəyidir”, - Derek Şoles bildirib.
Dünən məlum olub ki, Gürcüstanın baş naziri Amerika hökumətinin dəvəti ilə “strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı istənilən sualı müzakirə etmək üçün” ABŞ-a səfər etməkdən imtina edib. Bu qərara səbəb rus qanunu olub. Xüsusilə, parlamentin səfərdən əvvəl rus qanununun müzakirəsini müvəqqəti dayandırması şərti gürcü tərəfi üçün qəbul edilməz olaraq qarşılanıb.
ABŞ Dövlət Departamenti, o cümlədən konqresmenlər və senatorlar Gürcüstan hökumətini rus qanununu dəstəklədiyinə və dinc nümayişçilərə qarşı güc tətbiq etdiyinə görə dəfələrlə tənqid ediblər.
Nümayəndələr Palatasında ürcüstan Qrupunun həmsədrləri G bildiriblər ki, Aİ-yə namizəd statusu almış Gürcüstan üçün Putinin anti-demokratik alətinə bənzəyən qanunvericiliyin irəli sürülməsi inanılmaz dərəcədə narahatlıq doğurur. Kobaxidziyə göndərilən məktubda 14 senator yazır ki, rus qanunu qəbul olunarsa, onlar Amerikanın Gürcüstanla bağlı siyasətinin dəyişməsini təşviq etməyə məcbur olacaqlar. Siyasət dəyişikliyində senatorlar fərdi sanksiyalar tətbiq etməyi, birbaşa maliyyələşdirməni dayandırmağı və viza məhdudiyyətlərini genişləndirməyi nəzərdən keçirəcəklər.
“Gürcü Arzusu” on minlərlə insanın iştirak etdiyi aksiyalar fonunda rus qanununu iki oxunuşda qəbul edib. Parlamentdə üçüncü və son oxunuşun mayın 13-də baş tutacağı gözlənilir.