Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Çikaşua rus qanununa etiraz zamanı inzibati qaydada saxlanılan Lazare Qriqoriadisini qanun pozuncusu kimi tanıyıb və onu 2300 lari cərimələyib. Daxili İşlər Nazirliyi Qriqoriadisini xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham edirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Lazare Qriqoriadisinin sözlərinə görə, hakim yalnız iki polis əməkdaşının ifadəsi əsasında qərar verib.
“Mənim etirazım ifadə azadlığının bir hissəsi idi. 10 dəqiqəlik aksiyaya gəldim. Polisin qoyduğu bəndi döydüm və saxlanılmalara başlanıldıqda tutulmamaq üçün geri qayıtdıq. Sonra məni saxladılar. Bununla bağlı hakim qərar verdi ki, guya mən polisi söyürdüm”, - Qriqoriadisi məhkəmə iclasından sonra bildirib.
Lazare Qriqoriadisi mayın 14-də parlamentdə “xarici agentlər” haqqında rus qanununa qarşı keçirilən nümayişdə saxlanılıb, onun sözlərinə görə, polis tərəfindən fiziki və şifahi təhqirlərə məruz qalıb. Qriqoriadisi 48 saat istintaq təcridxanasında qalıb.
2023-cü ilin martında rus qanununa qarşı aksiyalarda iştirak edən Qriqoriadisi polislərin sağlamlığına zərər vurmaq və dövlət əmlakını məhv etmək ittihamı ilə məhkum edilib. 2024-cü il aprelin 12-də Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Şaradzenin qərarı ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib, lakin prezident onu əfv edib və aprelin 24-də həbsdən çıxıb.
Lazare Qriqoriadisi azadlığa çıxdıqdan sonra “Gürcü Arzusu”nun yenidən irəli sürdüyü rus qanunu əleyhinə hərəkətlərdə iştirak edib.
Aprelin 15-dən Tbilisidə rus qanununun qəbuluna qarşı minlərlə insanın iştirak ediyi etiraz aksiyası keçirilirdi və bu təxminən bir ay yarım davam etdi. Daxili İşlər Nazirliyi nümayişlərin 200-dən çox iştirakçısını inzibati və cinayət məsuliyyətinə cəlb edərək saxlayıb. İştirakçıların əksəriyyəti polislərin həddindən artıq gücdən istifadəsindən, qeyri-müvafiq rəftardan və fiziki zorakılıqdan danışır. Etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları müxalif siyasətçilərə və mülki fəallara - Aleko Elisaşviliyə, Levan Xabeişviliyə, Davit Katsaravaya və başqalarına vəhşicəsinə basqın ediblər. Xüsusi İstintaq Xidməti hüquq-mühafizə orqanları əməkdaşlarının mümkün qanunsuz hərəkətləri ilə bağlı onlara ümumilikdə 138 şikayət daxil olduğunu açıqlayıb. Qurum istintaqa başlayıb, lakin indiyədək heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.