Mən sizin tərəfinizdəyəm, çünki siz azad Gürcüstanı təmsil edirsiniz - Prezident

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili Amerika Birləşmiş Ştatlarından Tbilisinin Rustaveli prospektinə toplaşan və “xarici agentlər haqqında” Rus qanun layihəsinin parlament tərəfindən dəstəklənməsinə etiraz edən vətəndaşlara müraciət edib.

“Mən özüm dəfələrlə dayandığım, bu axşam Rustaveli üzərində dayanan sizlərə müraciət edirəm. Mən burada Nyu Yorkda dayanmışam və arxamda Azadlıq Heykəli var. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bu günə qədər gəlmə səbəbimiz olan simvoldur. 

Mən sizinləyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən və bu gələcəyi kimsənin əlindən almasına imkan verməyəcək Gürcüstanı.

Bu gələcək bizim gələcək nəsillərimizə, hamımıza məxsusdur. Bu gələcək bizim əvvəlki nəsillərimizin hazırladıqları, bizim də hazırladığımızdır. Ona görə də heç kimin sizin gələcəyinizi əlinizdən almağa haqqı yoxdur. Heç kimin tələ qurmağa haqqı yoxdur. Moskvanın diktə etdiyi bir şey olmasa, heç yerdən gəlməyən bu qanun heç kimə lazım deyildi.

Bu qanun istənilən şəkildə ləğv olunasıdır. Heç bir halda Venesiya Komissiyasına göndəriləsi deyil və Venesiya Komissiyası bunun hansı növ qanun olduğunu çox gözəl bilir. İlk gündən dedim ki, bu qanuna veto qoyacağam və elə də edəcəm. Mən bunu maddələrlə müzakirə etməkdə maraqlı deyiləm. Bunun çox fərqli bir məqsədə xidmət etdiyini çox yaxşı bildiyimiz bəzi köhnə Amerika qanunlarına bənzəməsi məni maraqlandırmır. Məni ancaq Gürcüstanın gələcəyi maraqlandırır.

Məni ancaq zəmanəti olduğum konstitusiya maraqlandırır və bu konstitusiyada yazılıb ki, Gürcüstanın bütün qurumları bu ölkəni Avropa Birliyinə aparmaq, Avro-inteqrasiya yolunu qorumaq üçün hər şeyi etməyə borcludurlar. Bu gün bu qanunu dəstəkləyənlər, bu gün bu qanuna səs verənlərin hamısı Konstitusiyanı pozur və bizi Avropadan uzaqlaşdırırlar.

Mən, xaricdə Gürcüstanı müxtəlif Avropa ölkələrində, burada Amerikada təmsil edən səfirlərə müraciət edirəm - biz nəyi qoruyuruq, yaxud bu Avropanın gələcəyi deyilsə, siz nəyi təmsil edirsiniz.

Biz hamımız birlikdə, orada olan gənclər, burada mən, danışıqlar apararkən eyni şeyi deyirik ki, bizi Avropadan uzaqlaşdırmaq üçün nəzərdə tutulan qanunu istəmirik. Biz hamımız bu gün bir yerdəyik, sabah birlikdə olacağıq və bu ölkəni Avropaya aparacağıq. Bunu sizə söz verirəm, çünki mən bu vədi çoxdan özümə vermişəm”, - prezident bildirib.

Martın 7-də parlament 13 əleyhinə və 76 lehinə səslə qeyri-hökumət təşkilatlarına media qurumlarının böyük əksəriyyətinə “xarici agent” statusunun verilməsini nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə qəbul edib.

Daxili İşlər Nazirliyi parlamentin qarşısına toplaşan minlərlə etirazçıya qarşı su şırnaqları, gözyaşardıcı qaz və eyni adlı bibər qazından istifadə edib. Artıq bir neçə gündür ki, vətəndaşlar, müxalif siyasi partiyaları, müstəqil media və qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament yaxınlığında “Rus qanunu”nun qəbuluna qarşı nümayişlər keçirirlər. Qanun layihəsi birinci oxunuşdan sonra etiraz daha da şiddətlənib.

Rusiya Federasiyasında “Xarici agentlər” haqqında qanun 2012-ci ildən qüvvədədir və müstəqil medianı, vətəndaş cəmiyyətini və müxalifəti susdurmaq üçün istifadə olunur. 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, sözügedən qanun Avropa Konvensiyasının 11-ci maddəsi ilə qorunan birləşmək hüququnu pozur. Məhkəmə, beynəlxalq və ya xarici mənbələrdən maliyyə alan təşkilatlar üçün xüsusi status və hüquqi rejim yaradılmasının əsaslı olmadığını və məhdudiyyətlərin onların legitim funksiyalarına müdaxilə olduğunu bildirib.

Amerika Birləşmiş Ştatları, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqına üzv dövlətlər və beynəlxalq insan haqları təşkilatları Gürcüstan parlamentini “xarici agentlər” haqqında qanun layihələrini nəzərdən keçirib geri götürməyə çağırır. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin dediyinə əsasən, parlament çoxluğunun üzvlərinin təşəbbüsü ilə hazırlanan bu qanun layihəsi Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmir.

 

Bu mövzu haqqında: 

Bu gün Gürcüstan demokratiyası üçün qara gündür - ABŞ səfirliyi

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur