Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görə, Çin konsorsiumu Anaklia Dərinsulu Limanına investor seçimi müsabiqəsinin qalibi elan olunmaya bilər. Onun sözlərinə görə, danışıqlar davam edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir namizəd müəyyən edilib, lakin biz onu qalibi elan etməmişik. Yalnız qeyd olunacaq şərtlər tender şərtlərinə uyğun olduqda qalib elan ediləcək. Məhz bununla bağlı dialoq gedir və ona görə də bu gün bizim bu konsorsiumu qalib elan etmək üçün heç bir əsasımız yoxdur”, - Davitaşvili hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Jurnalistin Çin konsorsiumunun qalib elan olunmamasının mümkün olub-olmaması ilə bağlı aydınlaşdırıcı sualına Levan Davitaşvili belə cavab verib:
“Əlbəttə, ola bilər ki, qalib elan olunmasın, lakin ümid edirik ki, bu dialoq prosesində təklif müsabiqə tələblərinə uyğunlaşdırılacaq və o qalibimiz olacaq. Bunun üçün vaxt məhdudiyyətimiz yoxdur.
Bizdə işlənilməyən, əsasən texniki şərtlərlə əlaqədar bir neçə məsləhətçi şirkət işə götürmüşük. Onlar indi yenilənmiş təklifi öyrənirlər və sonraki mərhələdə biz onlardan fikirlərini soruşacağıq və həmin fikirləri konsorsiumla bölüşdükdən sonra başqa bir raund olacaq ki, orada şərtləri dəqiqləşdirəcəyimizə ümid edirik... Əgər bizə uyğun təklif əldə etsək, təbii ki, qalib elan edəcəyik, bundan sonra biz hüquqi prosesləri tərtib etməyə başlayacağıq”.
Anaklia dərin su limanı layihəsi üçün elan edilmiş özəl tərəfdaşın seçilməsi üzrə təsnifat tələblərini iki namizəd qarşılayıb- İsveçrə-Lüksemburq şirkəti və Çin konsorsiumu lakin, dövlət layihəsinə sərmayə qoymağı sonda yalnız “China Communications Construction Company Limited” (CCCC) təklif edib. Mayın 29-da İqtisadiyyat naziri Çin dövlət korporasiyasının yaxın bir neçə gün ərzində qalib elan ediləcəyini açıqlayıb.
CCCC Amerika Birləşmiş Ştatları tərəfindən sanksiya olunub. ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan bildirib ki, CCCC-nin böyük hissəsi “Rusiya ordusunun bir nömrəli maliyyəçisi” olan Çin Kommunist Partiyasına məxsusdur. Prezident Salome Zurabişvili də hökuməti Çin konsorsiumunun seçilməsi ilə bağlı tənqid edib. Onun fikrincə, “çinlilərin Anakliyaya belə bir dozada gətirilməsi bizim amerikalı və ya avropalı tərəfdaşlarımızla münasibətlərə üçün bıçaqvurmaqdır”.
Anaklia limanı dövlətin iştirakı ilə tikilməlidir - dövlət 51%, özəl investor isə 49% paya malik olacaq. 2029-cu ilə qədər limana ilk konteyner gəmilərinin qəbulu planlaşdırılır. Layihəyə əsasən, birinci mərhələnin investisiya dəyəri 600 milyon dollardır və ildə 600 min konteyner tutumlu terminalın tikintisini nəzərdə tutur.