Nika Melia “Vahid Milli Hərəkat”dan ayrıldıqdan sonra həmfikirləri ilə birlikdə partiya qurmağı planlaşdırır. Onun sözlərinə görə, yeni partiyanın yaradılması xalqın sifarişidir.

“Bu partiya Gürcüstan demokratiyası üçün çox şey edəcək. Skeptiklər olacaq, çox görmüşəm, amma sonra mövqelərini dəyişiblər. Çox yaxında, ağlabatan müddətdə ixtisasların, biliklərin, dünyagörüşünün üzərində qurulması lazım olan ən düzgün siyasi partiya qurulacaq. Nə üçün qurulacaq? Bu gün bir çox insan seçimsizdir. Biz “mən oliqarxi kimi olmaq istəyirəm”, ilə, siyasi korrupsiyanın siyasi korrupsiya ilə məğlub olmayacağı oliqarx rejimə qarşı mübarizəmizi davam etdiririk”, - deyə Melia bildirib.

Onun sözlərinə görə, qeyri-rəsmi idarəçilik “Milli Hərəkat”ın standartına çevrilib, çünki partiyanı keçmiş müdafiə naziri Davit Kezeraşvili sahiblənib.

“Kim bu ölkənin gələcəyinin cənab Kezeraşvili olduğuna inanırsa, yaşasın. Bir çox insanlarla birlikdə mənim də başqa vəzifəm var. Bu vəzifə ticari; siyasi biznesə yönəlmək; siyasi alverdə, siyasi korrupsiyada ortaqlıq etmək deyil. Bizim vəzifəmiz əxlaq, bilik, cəsarət, çox qıt olan sözün qiyməti və bu tilsimli dairəni yarmaqdır”, - deyə “Milli Hərəkat”ın keçmiş sədri bildirib.

Politoloqlar hesab edir ki, “Milli Hərəkat” seçici dəstəyi baxımından zəifləyib və onu yeganə müxalifət qüvvəsi hesab etmək düzgün deyil.

Dekabrın 7-də keçirilən brifinqdə Nika Melia “Milli Hərəkat”dan ayrıldığını və “irəli, gələcəyə” getdiyini bildirib. Bundan əvvəl, noyabrın 27-də “Milli Hərəkat” bəyanat yaymışdı və orada Melianın artıq partiyanı təmsil etmədiyi qeyd olunmuşdu.

Bu yaxınlarda Axaltsixe, Batumi, Zuqdidi, Çiatura, Xobi, Kaspi, Siğnaği və Axmeta bələdiyyə şuralarının üzvləri “Vahid Milli Hərəkat”ı tərk ediblər. Partiyadan ayrılanlar Nika Melia ilə birlikdə yeni platforma yaradacaqlarını deyirlər.

“Milli Hərəkat”da daxili qarşıdurma təxminən bir il əvvəl partiya üzvlərinin bir hissəsinin yeni sədrin seçilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə başlayıb. 2023-cü ilin yanvarında keçirilən seçkilərdə Nika Melia məğlub olub və Levan Xabeişvili “Milli Hərəkat”ın sədri seçilib. O, keçmiş daxili işlər naziri Vano Merabişvili və keçmiş müdafiə naziri, “Formula” teleşirkətinin təsisçisi Davit Kezeraşvilinin dəstəklədiyi namizəd olub. 2020-ci ilin sonunda partiyanın sədri seçilən və səlahiyyət müddəti 2024-cü ildə başa çatmalı olan Nika Melia Kezeraşvili-Merabişvilini partiyadaxili proseslərə müdaxilə etmək cəhdində və qeyri-rəsmi təsirlər göstərməkdə ittiham edirdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur