“Axali” partiyasının və “Mtavari Arxi” teleşirkətinin təsisçisi Nika Qvaramiya Avropa İnsan Haqları Məhkəməsinin iddiaya baxmaqdan imtina etməsindən sonra BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət etmək niyyətindədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, dayanacağım, Strasburq məhkəməsini ən yüksək həqiqət instansiyası hesab edəcəyəm bir iş deyil. Mən daha geniş əhatəli və daha yüksəkdə dayanan kvazi-məhkəmə instansiyasına gedəcəyəm. Bu, BMT-nin İnsan Haqları Komitəsidir.
Bu Strasburqa işdən şikayətin verilmədiyi haldır. Təəssüf doğuran haldır ki, belə bir qərar mahiyyəti üzrə yoxlanılmadan bir hakim tərəfindən qəbul edilib ki, bu da işə faktiki baxılmaması və qəbul edilənlik mərhələsində rədd edilməsi deməkdir. Heçnə olmaz. Bu işə reallıqda, tam şəkildə baxılacaq və əminəm ki, qərar bu işin layiq olduğu kimi olacaq”, - deyə Qvaramiya bildirib.
Onun sözlərinə görə, BMT-nin İnsan Haqları Komitəsinin praktikasında “Strasburqun qərarına tamamilə məhəl qoyulmadığı və başqa məzmunlu nəticələr çıxarıldığı bir çox hallar var”.
2022-ci ilin mayın 16-da Tbilisi şəhər məhkəməsinin hakimi Laşa Çxikvadze Nika Qvaramiyanı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, “Rustavi 2” telekanalının fəaliyyəti dövründə (epizod 2) vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Həmin il noyabrın 2-də Apellyasiya Məhkəməsinin Merab Corbenadze, Lavrenti Maqlakelidze və Davit Mamiseişvilidən ibarət hakimlər kollegiyası birinci instansiyanın hökmünü qismən dəyişdirib. Xüsusilə, Nika Qvaramiya “Rustavi 2” şirkətinə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə həbs edilmişdi, çünki Tbilisi Şəhər Məhkəməsinin hökmünə əsasən, o, ittihamın ikinci epizodu üzrə, “Rustavi 2”yə 6 763 509 lari ziyan vurduğuna görə 50 min lari məbləğində cərimələnmişdi. Apellyasiya Məhkəməsi ona bu epizoda görə də həbs istəyib.
2023-cü ilin iyununda Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb, bundan sonra prezident Salome Zurabişvili Nika Qvarmiyanı əfv edib.
Qvaramiya Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib, lakin bu yaxınlarda məlum olub ki, məhkəmə onun iddiasını baxılmaq üçün qəbul etməyib. Parlamentin sədri Şalva Papuaşvilinin sözlərinə görə, bu qərar Nika Qvaramiyanın cinayətkar olduğunu sübut edib.