Ölkəmin maraqlarına xələl gətirə biləcək heç bir ittifaq buna dəyməz- Kaladze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Doğrudan da, mən ata-babalarımın uğrunda vuruşduğu, qanlarını tökdüyü ölkəmin maraqlarına, sabahına, müstəqilliyinə və suverenliyinə xələl gətirə biləcək heç bir ittifaq buna dəyməz”, - Tbilisi meri Kaxa Kaladze “xarici agentlər” haqqında rus qanunundan danışarkən bildirib.

Kaladzenin sözlərinə görə, heç kimə ölkənin maraqlarını və suverenliyini tapdalamaq imkanı verilməyəcək.

“Ölkənin inkişafına, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan və əngəl törədən hər hansı ittifaqı, əlbəttə ki, buna dəyməz. Çox sadə bir sualım var, biz Avropa İttifaqına daxil olmaqdan danışanda niyə bu qanun layihəsi buna mane olur? Biri mənə bir arqument gətirsin.

Biz bütün yaxşı layihələrin həyata keçirilməsini alqışlayırıq, normal insan necə müdaxilə edə bilər, və ya töhvə verə bilməz, amma söhbət ekstremist maliyyələşdirməyə, inqilabi maliyyələşdirməyə, dövləti alt-üst etməyə gələndə dövlət lazımi zirvədə dayanacaq, bunun qarşısını almaq üçün hər şeyi edəcək, kim olursa olsun, maliyyə  haradan olursa olsun.

Şəffaflıq həmişə vacibdir. Hamıya, Almaniyaya, Amerikaya hörmət edirəm. Mənim üçün ən önəmlisi ölkəmdir, insanların nə deyəcəyidir”, - deyə Kaxa Kaladze bildirib.

Gürcüstanın strateji tərəfdaşları bildirirlər ki, “xarici agentlər haqqında” qanun layihəsi ölkənin Avropa İttifaqına inteqrasiyası üçün təhlükədir.

Aprelin 11-də Avropa İttifaqının səfiri Pavel Herçinski bildirib ki, “Gürcü Arzusu”nun yenidən təqdim etdiyi qanun layihəsi Avropa dəyərləri ilə ziddiyyət təşkil edir və qəbul olunarsa, Avropa Komissiyasının müsbət qiymətləndirməsi verməsi çox çətin olacaq. 

Avropa Parlamentinin deputatları artıq Avropa Komissiyasını Gürcüstan hakimiyyətinin qərarlarının namizəd ölkə statusuna uyğun olub-olmamasını müşahidə etməyə çağırıb.

ABŞ Dövlət Departamenti də  bildirir ki, qüvvəyə minəcəyi təqdirdə rus qanunu Gürcüstanı Avropa yolundan yayındıracaq. Metyu Millerin fikrincə, qanun Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcək və müstəqil mediaya mane olacaq.

"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.

Rus qanunu Gürcüstan hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqlara başlaması üçün qoyulmuş doqquz şərtdən ən azı ikisi ilə - vətəndaş cəmiyyətinin azad fəaliyyətinin təmin edilməsinə və Aİ və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizəyə ziddiyyət təşkil edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur