Papuaşvili beynəlxalq təşkilatları Qela Mtivlişvilini dəstəklədiklərinə görə tənqid edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament sədri Şalva Papuaşvili Şovi faciəsini işıqlandırdığına görə “Dağ Xəbərələri” nəşrinin redaktoru Qela Mtivlişviliyə növbəti dəfə hücum edib və ötən həftə İqtidar partiyasını parlament sədrinin jurnalistlərə qarşı şəxsi hücumlarını və onlara qarşı başladılmış nüfuzdan salma kampaniyasını dərhal dayandırmağa çağıran jurnalistlərin hüquqları ilə məşğul olan beynəlxalq təşkilatları tənqid edib. 

“Media Azadlığına Sürətli Cavab”ın partnyorları bildiriblər ki, mənim jurnalist Qela Mtivlişvili ilə bağlı şərhlərim “Gürcüstanda müstəqil medianın adının gözdən salınması kampaniyasının ümumi dalğasının bir hissəsidir”. Qeyd edək ki, bu ittihamlar ümumilikdə Gürcüstanda media azadlığı, xüsusən mənim şərhlərim haqqında dezinformasiyadır”, - Papuaşvili sosial şəbəkədə yazıb və növbəti dəfə Qela Mtivlişvilini Şovi faciəsini ədalətsiz işıqlandırmaqda ittiham edib.

“Mən bir çox bəyanatlarımda qeyd etmişəm ki, ötən ilin avqustunda Mtivlişvilinin Şovi fəlakəti ilə bağlı yaydığı məlumatda onun dürüstlüyünə və peşəkarlığına şübhə yaradan yoxlanılmamış məlumatlar var idi. Daha sonra fəlakətin səbəblərini araşdıran müstəqil İsveçrə təşkilatı Milli Ətraf Mühit Agentliyinin ilkin rəyini təsdiqlədi və bununla da Mtivlişvilinin iddialarının doğru olmadığını sübut etdi. ...o iddia edirdi ki, erkən xəbərdarlıq sistemi olsaydı, faciə baş verməzdi. Bununla belə, qərəzsiz mütəxəssislər dəfələrlə bunun əksini deyirdilər: heç bir sistem bu böyüklükdə fəlakət barədə kifayət qədər əvvəlcədən xəbərdarlıq edə bilməzdi.

Düzdür, Mtivlişvilinin guya, Gürcüstan hökumətinin faciənin qarşısını ala bilmədiyi iddiasına nəhayət ki, xitam verildi, lakin onun fəlakətin episentri ilə bağlı ictimaiyyətə fakt kimi təqdim edilən saxta fərziyyələri faciə qurbanlarının və onların kədərli ailələrinin düşdüyü, onsuz da çətin vəziyyəti daha da ağırlaşdırdı. Onun fəlakət haqqında reportajı jurnalistika standartlarından və insan empatiyasından uzaq idi, lakin,

Bu ona mane olmadı, sonradan o, “kəşflərini” jurnalist araşdırması adlı filmə çevirdi, hətta bəzi xarici qurumlar tərəfindən tərifələnməyə layiq görüldü”.

Parlament sədrinin sözlərinə görə, belə “jurnalist məhsulu”nu tənqid etmək hətta “gələcək dezinformasiya cəhdlərinin” qarşısını almaq üçün onların borcudur.

Papuaşvili yazır ki, Gürcüstan jurnalistlər üçün azad ölkədir, lakin bu, onların dezinformasiya yaymaqda azad olması demək deyil.

“Hər dəfə qeyri-dəqiqliyə yol versələr, tənqid olunacaqlar və bu normaldır. Media azadlığı ilə maraqlanan təşkilatlar hakimiyyəti tənqid etməklə yanaşı, həm də jurnalistlərin həqiqətə qarşı səmimilikləri ilə də maraqlanmalıdırlar ki, onların peşəsi nüfuzdan düşməsin.

Təəssüf ki, heç bir jurnalist təşkilatı Mtivlişvilini həqiqəti öyrənməyə cəhd belə etmədən müdafiə etdilər. Görünür, bunu, korporativ həmrəyliyi ictimaiyyətin düzgün məlumat almaq hüququndan üstün tutduqları barədə düşünmədən jurnalist həmrəyliyi nümayişi etdirmək məqsədilə ediblər. Bununla belə, informasiyanı təhrif edən jurnalistikanın dəyəri nədir? Bu konkret hadisə gürcü “tənqidi” mediasının və onların xarici tərəfdaşlarının nə istədiklərinin yaxşı nümunəsidir.

Demokratik cəmiyyətdə jurnalistlərin tənqidi normal qarşılanmalıdır. Papuaşvili yazır ki, həddindən artıq istəkli xarici təşkilatlar media azadlığının pozulması hallarını “ifşa etməyə” o qədər çalışırlar ki, onlar mediaya qarşı istənilən, hətta ədalətli tənqidi konkret jurnalistin və ya media orqanının “ictimai şəkildə nüfuzdan salınması” kimi hesab edirlər”, - Papuaşvili yazır.

Şalva Papuaşvilinin bəyanatına cavab verdiyi “Media Azadlığına Sürətli Cavab” (Media Freedom Rapid Response - MFRR) Avropa Komissiyası tərəfindən dəstəklənən layihədir. O, Aİ-yə üzv və namizəd ölkələrdə mətbuat və media azadlığının pozulması hallarına cavab verir. Martın 13-də “MFRR”in müttəfiq təşkilatları, o cümlədən “Beynəlxalq Mətbuat İnstitutu” və “Avropa Jurnalistlər Federasiyası”, Gürcüstan parlamenti sədrinin fevralın 20-də Qela Mtivlişvilini nüfuzdan salmağa çalışdığı “Dağ Xəbərləri”nin redaktorunun Şovi faciəsi ilə bağlı hazırladığı jurnalist araşdırmasının Avropa İttifaqı mükafatının finalçıları arasına necə çıxması barədə verdiyi bəyanata cavab verib.

Şovi faciəsinin dərin və tənqidi işıqlandırılmasına görə “Mti News” dəfələrlə Şalva Papuaşvili və hazırkı baş nazir İrakli Kobaxidzenin hücumlarının hədəfinə çevrilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur