Gürcüstan parlamenti növbədənkənar iclasında 80 səslə baş prokuror Qiorqi Qabitaşvilini seçib. Qabitaşvili 6 il bu vəzifəni icra edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səsvermədən əvvəl deputatlar Hüquq Məsələləri Komitəsinin iclasında Qiorqi Qabitaşvilini dinləyiblər.
"11 ildir ki, baş prokurorun müaviniyəm. Baş prokurorun statusunun vacibliyini, vəzifənin mürəkkəbliyini və dövlət, vətəndaşlar və prokurorluq əməkdaşları qarşısında böyük məsuliyyət daşıdığını tam dərk edirəm.
Ümidvaram ki, sizin dəstəyinizlə Baş prokuror vəzifəsinə seçiləcəyim təqdirdə mənə peşəkarlardan ibarət komanda ilə sistemin sabit və mütərəqqi inkişafını davam etdirmək imkanı veriləcək", - Qabitaşvili deputatlar qarşısında çıxışında deyib.
Baş prokuror vəzifəsi may ayında İrakli Şotadzenin "səhhətində yaranan ağır vəziyyət" səbəbindən vəzifəni vaxtından əvvəl tərk etdikdən sonra boş qalıb. İyun ayında Prokurorluq Şurası 11 namizəd arasından Qabitaşvilinin namizədliyini seçərək parlamentə təqdim edib. Müxalifət üzvləri Prokurorluq Şurasının işini “fars” kimi qiymətləndirərək, kimin yeni baş prokuror olacağına əvvəldən qərar verildiyini iddia ediblər.
Qiorqi Qabitaşvili 2007-ci ildə staj keçərək prokurorluq orqanlarında işə başlayıb, bundan sonra prokuror vəzifəsinə təyin olunub. 2009-cu ildə Qiorqi Qabitaşvili Daxili İşlər Nazirliyinin Şida Kartli və Mtsxeta-Mtianeti rayon prokurorluqlarının istintaq idarəçiliyi şöbəsinin rəisi vəzifəsinə yüksəlib və 2013-cü ilə qədər bu vəzifədə çalışıb. O, 2013-cü il yanvarın 14-dən 5 ay müddətində Maliyyə Nazirliyinin İstintaq Xidməti İdarəsinin rəisi, 13 iyun 2013-cü ildə isə Baş prokurorun müavini vəzifəsinə təyin edilib. O, hətta Prokurorluğa Otar Partsxaladze rəhbərlik edəndə də bu vəzifəni tutub. 2023-cü ilin sentyabrında ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işlədiyi “Gürcüstan-Rusiya oliqarxı” kimi Partsxaladzeyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyadan bir neçə ay əvvəl Partsxaladzenin Rusiya vətəndaşlığını aldığı məlum olub.