Kriminal polis “xarici agentlər” haqqında rus qanununa qarşı aksiyada parlamentin yaxınlığında müvəqqəti olaraq qurulmuş dəmir bəndə qrup şəklində ziyan vurmaq ittihamı ilə 19 və 23 yaşlı iki nəfəri saxlayıb. Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 6 ilə qədər həbs gözləyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, mayın 14-də parlament binası yaxınlığında davam edən etiraz aksiyası zamanı S.M və O.O. digər şəxslərlə birgə hiziki güc və dəmir alətdən istifadə edərək parlamentin girişində yerləşdirilmiş qoruyucu dəmir bəndə ziyan vurublar.
“Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin obyektə qrup şəklində zərər vurma bəndi ilə aparılır”, - Daxili İşlər Nazirliyindən bildirilib.
Dünən, mayın 15-də polis “Limon” reklam şirkətinin direktoru Qiorqi Okmelaşvilini xidməti vəzifələrini yerinə yetirərkən polis əməkdaşına hücum etməkdə ittiham edərək saxlayıb. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsi qaydasına əsasən, polis əməkdaşına hücum etmə və əmlaka ziyan vurma maddəsi ilə daha 6 nəfər saxlanılıb.
Bir aydır ki, Tbilisidə rus qanununa qarşı on minlərlə nəfərlik aksiyalar keçirilir. Xüsusi təyinatlılar və polis dinc etirazçıları dəfələrlə dağıdıb. Aksiyaların yüzdən çox iştirakçısı həbs edilib. Daxili İşlər Nazirliyinin nümayəndələri etirazçı deputatlar Aleksandre Elisaşvili və Levan Xabeişvili, vətəndaş fəalı Davit Katsarava və başqalarını şiddətlə döyüblər. İndiyədək həbs olunmayan naməlum şəxslər rus qanununun əleyhinə aksiyaların bir sıra iştirakçılarına hücum edib və onlara çoxsaylı bədən xəsarətləri yetiriblər. Prokurorluq heç bir zorakılıq faktı ilə bağlı istintaq aparmayıb və heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.
“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanunluna veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftəlik vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.