Qalidə milislər tərəfindən amansızca döyülən Temur Karbaia dünyasını dəyişib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal olunmuş Abxaziyada, Qali şəhərində qondarma Polis əməkdaşları tərəfindən amansızca döyülən Gürcüstan vətəndaşı, 43 yaşlı Temur Karbaia Soxumi xəstəxanasında dünyasını dəyişib.

Qətl barədə məlumatı Abxaz Telegram kanalı yayıb. “Abxaziya-Mərkəz” yazıb ki, şifahi mübahisədən sonra üç silahlı şəxs yerli sakin Temur Karbaianı döyüb: “Onu amansızcasına döyüblər. Zərərçəkmiş o qədər pisləşib ki, o, Soxumidə xəstəxanaya yerləşdirilməli olub və o, huşsuz vəziyyətdə dünyasını dəyişib. Kirbaianın Enqurinin hər iki tərəfində qanunla bağlı problemləri olub  və o, abxaziya və gürcü hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzərində olub”.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, işğalçı rejimin nümayəndələri Gürcüstan vətəndaşının ölüm faktını təsdiqləsələr də, Temur Kirbaianı qanunsuz həbs etmək cəhdini təkzib ediblər. “Proses işğal olunmuş ərazinin dərinliklərində, yəni işğal altında olan Qali şəhərində cərəyan etdiyi üçün əlavə məlumatların araşdırılması prosesi davam edir”, - deyə DTX-dan bildirilib.

Hadisəni Gürcüstan prezidenti Salome Zurabişvili də şərh edib. Onun sözlərinə görə, işğal olunmuş Abxaziyada yerli milislərin vəhşi rəftarı daha bir Gürcüstan vətəndaşının həyatı bahasına başa gəlib.

“Bu faciəvi hadisə Rusiya tərəfindən işğal olunmuş ərazilərdə insan hüquqlarının açıq şəkildə pozulduğunu bir daha xatırladır. Təəssüf ki, belə hadisələr hətta Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümündə də baş verir”, Zurabişvili qeyd edir.

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianinin qiymətləndirməsinə görə, Gürcüstan vətəndaşının yaşamaq hüququnun mümkün pozuntusuna görə məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür, çünki işğal olunmuş əraziyə nəzarəti o həyata keçirir.

“Təəssüf ki, işğalçı rejim dörd Gürcüstan vətəndaşının - Davit Başarui, Qiqa Oxtozoriya, Arçil Tatunaşvili və İrakli Kvaratsxeliyanın qətlinə görə məsuliyyət daşıyan şəxsləri hələ də cəzasız qoyur. Həmçinin, bir ay əvvəl Kirbali kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstan vətəndaşının qətlə yetirilməsi faktı hələ də araşdırılmayıb. Yuxarıda qeyd edilənlərin fonunda, yaşamaq hüququnun mümkün pozuntusunun qarşısının alınması üçün beynəlxalq təşkilatların və bütövlükdə beynəlxalq ictimaiyyətin cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki bu cür hərəkətlərin cəzasız qalması Gürcüstan vətəndaşlarının həyatını xüsusi təhlükə altında qoyur”, - Xalq Müdafiəçisi bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci il hesabatına əsasən, 2022-ci ildə işğal olunmuş Abxaziya istiqamətində 13 Gürcüstan vətəndaşı həbs edilib.

Üç Gürcüstan vətəndaşı işğal olunmuş Abxaziyada qanunsuz həbsdə qalmaqdadır.

29 yaşlı İrakli Bebua üçüncü ildir ki, həbsdədir. Onun səhhəti ağırdır. 30 sentyabr 2020-ci ildə Bebua Abxaziya bayrağını yandırdığı üçün Qali rayonunda həbs edilib. O, qondarma Cinayət Məcəlləsinin üç maddəsi ilə, o cümlədən dövlət bayrağını təhqir etməkdə təqsirli bilinərək 2020-ci ilin dekabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin mayında 25 yaşlı Kristine Takalandze 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qondarma prokurorluq onu “Gürcüstanın xüsusi xidmət orqanlarının xeyrinə casusluq etmək”də ittiham edir.

2022-ci ilin noyabrında Soxumidə qondarma Təhlükəsizlik Xidmətinin əməkdaşları Gürcüstan vətəndaşı, Qali sakini 29 yaşlı Asmat Tavadzeni həbs ediblər. O, narkotik maddələr almaqda və saxlamaqda ittiham olunur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur