Rikoti aşırımının Xevi-Çumateleti hissəsi tikintisində yük maşınlarının sürücüləri ikinci gündür ki, tətil edirlər. Bu gün şirkətin ofisi yaxınlığında toplaşan 15 sürücü iş şəraitinin yaxşılaşdırılması və gündəlik maaşların artırılması tələbi ilə çıxış edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tətil edən sürücülər bildirirlər ki, onlar gündə 9 saat çox çətin relyefdə işləyirlər və çəkisi yol verilən normadan artıq yükləri daşıyırlar.
“Bizim gündəlik 33 lari maaşımız var və 9 saat işləyirik – buna etiraz edirik. 8 saat işləmək və 50 lari maaş almaq istəyirik. 12 tonluq maşınla 50-60 ton yük daşıyırıq, yağışda, qarda belə işləyirik. Təhlükəsizlik qorunmur”;
“Sürüşmə zonaları var. Çağıran kimi problemsiz gəlirik, yetər ki, yol bağlanmasın, hərəkət dayanmasın. Tərəfimizdən heç bir problem yoxdur, şirkət özü problem yaradır, bizə xərclədiyimizdən az maaş verir. Bu gün yəqin ki, heç kim 33 lariyə 60 tonluq maşında işləmir”;
“Biz sadəcə gündüz işləmirik. Mən şəxsən gecə növbəsində işləyirəm, bu, əlbəttə ki, çətindir. Gündüz növbəsinin maaşı nədirsə, bizimki də odur - 33 lari, bəzən onu da ödəmirlər”, - tətilçilər deyirlər.
Sürücülər tikinti şirkətinin nümayəndələrindən tələblərinin yerinə yetirilməsini tələb edirlər, əks təqdirdə işi bərpa etməyəcəklərini bildirirlər.
Xevi-Çumateleti hissəsinin tikintisini Avtomobil Yolları İdarəsinin podratçısı “Çin Dövlət Tikinti və Mühəndislik Korporasiyası” həyata keçirir. İlkin olaraq dəyəri 330 milyon lari müəyyənləşdirilən layihə Çumateleti-Xevinin 11,6 km-lik hissəsində dördzolaqlı yolun, 22 yeni körpünün və 3 tunelin tikintisini nəzərdə tutur.
“Biz, hər iki tərəf üçün məqbul razılaşma əldə etmək üçün işçilərin irəli sürdüyü tələblərə mütləq baxacağıq və onları mümkün qədər nəzərə alacağıq”, - deyə tikinti şirkəti bildirir və tətil edənləri hər hansı tələb və ya şikayətlərini “mediaya əsassız və nüfuzdan salan açıqlamalar vermək əvəzinə” təşkilat rəhbərliyinə təqdim etməyə çağırır.
Martın 30-da sürüşmənin inkişaf riski səbəbindən Rikoti yolu bağlanıb. Yalnız aprelin 8-də xüsusi rejimlə avtomobillərin hərəkəti bərpa edilib. Aprelin 11-də 147-ci kilometrdə qaya uçması baş verib, bununla əlaqədar avtomobil yolları idarəsi avtomobillərin hərəkətini yenidən qadağan edib.