Daş sürüşməsi səbəbindən Rikotidə nəqliyyatın hərəkəti qadağan edilib

Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 114-cü kilometrdən 194-cü kilometrə qədər olan hissəsində (Axalsofeli yol qovşağı-Zestafoni) bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib. Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, 147-ci kilometrdə cüzi daş sürüşmələrinə görə yolun təmizlənməsinə ehtiyac var.

“Yolun hərəkət hissəsinin təmizlənməsinə qədər qeyd olunan müddətdə yüngül avtomobillərin hərəkəti daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolu ilə həyata keçiriləcək, qoşqu və yarımqoşquların avtomobillərin hərəkəti isə qadağandır", - deyə Avtomobil Yolları İdarəsindən bildirilib.

Təmizləmə işləri başa çatdıqdan sonra Rikoti istiqamətində nəqliyyatın hərəkəti xüsusi rejimlə bərpa olunacaq.

Rikoti aşırımı 149-cu kilometrdə təhlükəli sürüşmənin inkişafına görə martın 30-da bağlanıb. Aprelin 8-də xüsusi rejimlə avtomobillərin hərəkəti bərpa edilib. Yol İdarəsinin qərarına əsasən, saat 07:00-dən 19:00-dək yalnız yüngül və minik avtomobillərinin, 21:00-dan 06:00-dək isə yük avtomobillərinin hərəkətinə icazə verilib.

Martın 19-da Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 161-ci kilometrliyində (Vertkviçala kəndi yaxınlığında) dağın yamacından torpaq sürüşüb və avtomobil yolunu bağlayıb. Martın 13-də Ubisa-Şorapni hissəsində, 10-cu kilometrdə torpaq sürüşməsi baş verib və tikilməkdə olan tunelin bir hissəsini zədələyib.

 

Bu mğvzu haqqında:

Belə bir yol çəkirsənsə, bu, natamam araşdırmadır - Qodoladze Rikotinin layihəsi haqqında

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur