Rusiyayönümlü və homofob “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyası parlament seçkilərində iştirak hüququ əldə etmək üçün 50 000 seçicinin imzasını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyanın yaradıcılarından biri Zurab Maxaradzenin sözlərinə görə, bir ay ərzində bütün ölkə üzrə könüllülər tərəfindən imzalar toplanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Seçki qanunvericiliyinə əsasən, parlament seçkiləri zamanı namizədliyi ilə seçilən deputatı olmayan siyasi partiya parlament seçkilərində iştirakını dəstəkləyən ən azı 25 min seçicidən ibarət siyahını MSK-ya təqdim etməlidir.
“Biz 50 min imza topladıq, çünki bilirik ki, hökumət bizi sarsıtmaq və ya bizə bəzi problemlər yaratmaq üçün çox həvəslidir. Məlumatlar yoxlanılmalı və MSK təxminən iki həftə ərzində bizə cavab verməlidir. İmzalarda nöqsanların tapılması üçün heç bir səbəb yoxdur. Qalanı MSK-dan asılıdır. Aydındır ki, hansısa siyasi qərar verilərsə, biz də siyasi cavab verəcəyik”, - partiyanın sədri Qiorqi Kardava bildirib.
“Mühafizəkarlar Hərəkatı/Alt İnfo” seçki qeydiyyatından keçərək nömrə aldıqdan sonra seçkiqabağı təşviqat kampaniyasında iştirak edərək öz proqramını təqdim etməyə hazırlaşır.
Parlament seçkiləri 2024-cü ilin 24 oktyabr tarixində keçiriləcək.
Zorakı “Alt İnfo” qrupu partiyanı 2021-ci ilin sonunda yaradıb və həmin ilin iyulun 5-də “Tbilisi Pride” tərəfindən elan edilən “Ləyaqət Marşı”na qarşı aksiya təşkil edib və bu aksiya jurnalistlərə və mülki fəallara qarşı irimiqyaslı zorakılığa çevrilib. İki il sonra, 2023-cü ilin iyulunda “Alt İnfo” şəxsi ərazidə keçirilməsi planlaşdırılan “Pride Fest”i də dağıdıb. Zorakılığın təşkilatçıları məsuliyyətə cəlb edilməyib.
2023-cü ilin sonunda Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verildikdən sonra “Alt İnfo” üzvləri və tərəfdarları Aİ bayraqlarının yandırılması kampaniyasına başlayıblar.
“Alt Info/Mühafizəkarlar Hərəkatı” 2022-ci ildə 577 034 lari, 2023-cü ildə 36 634, bu il isə 1 045 lari ianə alıb. Partiya qeyri-pul ianələrini gizlətdiyinə görə məhkəmə tərəfindən 217 482 lari məbləğində cərimələnib. “Alt İnfo” həm də partiyanın liderlərindən biri olan Konstantin Morqoşiyanın təqaüdçü bibisi tərəfindən hər ay yüz minlərlə lari ilə maliyyələşdirilən televiziyanın sahibidir.