Avropa Şurasının prezidenti Şarl Mişel, “xarici agentlər haqqında” rus qanunun yenidən irəli sürülməsini tənqid edir və onun qəbul ediləcəyi təqdirdə Gürcüstanın Avropa İttifaqından uzaqlaşacağını deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü xalqı Avropa yolunu seçdi və buna cavab olaraq Avropa Şurası ötən ilin dekabrında Gürcüstana namizəd statusu verdi. İcazə verin açıq deyim: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın Avropa istəyinə, onun üzvlük trayektoriyası ilə uyğunsuzdur və Gürcüstanı Avropa İttifaqından uzaqlaşdıracaq, yaxınlaşdırmayacaq”, – Şarl Mişel “X” sosial şəbəkəsində yazıb.
Gürcüstan prezidenti Salome Zurabişvili məsələnin iclasın gündəliyinə daxil olmamasına baxmayaraq, aprelin 17-də Avropa Şurasının iclasında Gürcüstanda baş verənləri müzakirə etmələri üçün Şarl Mişel və Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
Zurabişvilinin fikrincə, Gürcüstan hökumətinin “cəmiyyətin iradəsinə zidd olaraq və tərəfdaşlarının etirazlarına baxmayaraq, rus qanununu qəbul etməkdə “israr” etməsi birbaşa təxribatdır – sabitliyi pozmağın rus tipli strategiyasıdır.
“Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiyyətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agent” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.
Qanun layihəsi Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya, NATO, Birləşmiş Millətlər Təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Bundan əlavə, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Gürcüstan parlamentinin üzvlərini təqdim ediləmn “xarici təsirin şəffaflığı haqqında qanun layihəsini” qəbul etməkdən çəkinməyə çağırıb. Komissarın aprelin 11-də parlament sədri Şalva Papuaşviliyə göndərdiyi məktubda yazılır ki, bu qanunun icrası vətəndaş cəmiyyəti təşkilatlarının və xaricdən maliyyələşən mediaların damğalanmasına və nüfuzdan salınmasına səbəb ola bilər ki, bu da müvafiq olaraq , onların fəaliyyətini çətinləşdirir və ya qeyri-mümkün qılır.
Aprelin 12-də Almaniya kansleri Olaf Şoltz Gürcüstanın baş naziri ilə görüşdə Gürcüstan parlamentinin “agentlər haqqında” qanunu qəbul etməyəcəyinə və necə ki, Avropa İttifaqının, eləcə də Gürcüstan əhalisinin tənqidi mövqeyini nəzərə alacağına umid etdiyini ildirib.
Aprelin 16-da parlamentin plenar iclasında qanun layihəsinin birinci oxunuşuna başlanılıb. “Gürcü Arzusu” Gürcüstanın avrointeqrasiya prosesinə xələl gətirə bilmə ehtimalı olsa da, rus qanununu yaz sessiyası başa çatana qədər hər üç oxunuşda qəbul etmək niyyətindədir.