“Agentlər haqqında” rus qanununa qarşı, 7-9 mart aksiyalarının həbs olunan iştirakçısı, 21 yaşlı Lazare Qriqoriadisini cəzaçəkmə müəssisəsində başı öz iradəsinə zidd olaraq qırxılıb. Strazburq Məhkəməsi həbsxanada saçın zorla qırxılmasını Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin (işgəncənin qadağan edilməsi) pozulması kimi qiymətləndirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Lazare Qriqoriadisinin vəkili Lika Bitadzenin sözlərinə görə, təqsirləndirilən şəxs ona saçını qırxmaqdan üç dəfə imtina etdiyini deyib. “Onun nəql etdiyinə əsasən, onun saçlarının olduğu formada olması ilə razılaşmayıblar və o saçlarını qırxmağa məcbur olub”, - dünən, aprelin 3-də Qldani həbsxanasında Lazare Qriqoriadisi ilə görüşən vəkil deyir.
Lazare Qriqoriadisi və 7-9 mart aksiyalarının digər iştirakçıları xarici görünüşlərinə görə (üzündəki döymə və pirsinq, boyanmış saçlar) dəfələrlə baş nazir və “Gürcü Arzusu”nun digər yüksək rütbəli məmurlarının hücum obyektinə çevrilib.
“Bu konkret şəxsə gəlincə, onun hər cür oriyentasiyaları pozulmuş kimi görünür və belə insanlar polis əməkdaşlarına qarşı zorakılıq edirdilər və bunun müvafiq şəkildə qiymətləndirilməsi lazımdır. Özlüyündə də bu adam, bu gənc yolunu azmış adamdır”, - hakim partiyanın sədri İrakli Kobaxidze Lazare Qriqoriadisini belə xatırladır.
“Bir neçə fotoşəkil gördüm və heyrətləndim, bəzi insanlar, gənclər satanist forması geyinmişdilər. Burada baş verənlər təşviş doğurucudur”, - baş nazir martın 12-də “İmedi” televeşirkətinin efirində deyib.
Martın 24-də, parlamentdə çıxışı zamanı, İrakli Ğaribaşvili “satanist” adlandırdığı şəxslərlə bağlı Daxili İşlər Nazirliyindən məlumat aldığını dəqiqləşdirib.
“Dəfələrlə ittihamlar eşidildi ki, guya mən gəncləri ümumiləşdirərək satanist adlandırmışam və s. Halbuki, bu konkret halla əlaqəli idi. Mən çıxışımda bəzi gəncləri demişəm. Mən, bu 4-5 gəncin xarici görünüşünü şüurlu şəkildə müəyyən etmək istəməmişəm nə də istəmirəm, məqsədim bu idi. Mən bu barədə danışdım, həqiqətən də anormal hallarldan söhbət gedirdi- bu barədə polis xidmətlərindən məlumat almışam”, - deyə baş nazir bildirib.
Hökumətin birinci şəxsləri tərəfindən aksiya iştirakçılarını gözdən salan bəyanatlar ilə yanaşı, hökumətyönlü televiziyalarda Lazarenin orta barmağını göstərdiyi fotonu və daha öncə polisə tabe olmamağa və atasını yaralamağa görə məhkum olunduğu barədə məlumatlar yayılıb. Bu məlumat tezliklə öz təsdiqini tapmayıb.
Lazare Qriqoriadisi martın 29-da saxlanılıb. Prokurorluğun məlumatına görə, aparılmış istintaqla müəyyən edilib ki, martın 7-də, təxminən saat 23:15 radələrində Rustaveli prospektində keçirilən aksiya zamanı Lazare Qriqoriadisi 9 aprel küçəsində Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşlarına onlar xidmət öhdəliklərini yerinə yetirərkən iki dəfə eyni adlı “molotov kokteyli” atıb. Nəticədə Xüsusi Tapşırıqlar İdarəsinin iki əməkdaşı müxtəlif növ yanıq xəsarətləri alıb. Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs martın 9-u, gecə saatlarında Çanturia küçəsində Daxili İşlər Nazirliyinə məxsus “Toyota Corolla” markalı avtomobilə qəsdən od vurub və avtomobil yerindəcə yanıb. İttiham tərəfi iddia edir ki, avtomobilin yandırılması nəticəsində dövlət büdcəsinə 39 500 lari dəyərində maddi ziyan dəyib.
Prokurorluq aksiyalarda çəkilmiş videogörüntüləri sübut kimi yayıb və görüntülərdə təsvir olunan gəncin Lazare Qriqoriadis olduğunu bildirib.
Martın 31-də Tbilisi Şəhər Məhkəməsi Qriqoriadisi barəsində həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxs məhkəmə prosesində susmaq hüququndan istifadə edib.
Lazare Qriqoriadisi xidməti öhdəliyini yerinə yetirərkən polis əməkdaşlarının sağlamlığına zərər vurmaqda və dövlət əmlakını məhv etməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər həbs gözləyir.
Aprelin 3-də baş nazir İrakli Ğaribaşvili 21 yaşlı Lazare Qriqoriadisinin həbsi ilə bağlı təsdiq formasında bildirib ki, onun polisi diri-diri yandırmaq niyyəti olub.o Halbuki prokurorluq saxlanılan şəxslə bağlı hələ istintaqı belə yekunlaşdırmayıb.
Elə dünən təqsirləndirilən şəxsin vəkili həbsxanada Lazare Qriqoriadisinin saçının onun iradəsinə zidd şəkildə qırxıldığını bildirib.
Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir ki, təqsirləndirilən şəxsin saçlarının tamamilə qırxılması barədə yayılan xəbərlər, xüsusən də onun iradəsinə zidd şəkildə, həqiqətə uyğun deyil. “Martın 31-də 8 saylı müəssisəyə qəbul edildikdən sonra Lazare Qriqoriadisi Penitensiar Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş bərbər xidməti hüququndan istifadə edib. Sözügedən maddəyə əsasən, “təqsirləndirilən/məhkum, bir qayda olaraq, həftədə iki dəfə duş qəbul etmək imkanı, habelə ayda bir dəfədən az olmayaraq bərbər xidməti ilə təmin edilməlidir. Həkimin tələbi və ya gigiyena qaydalarına riayət edilməsi zərurəti yaranarsa, cəzaçəkmə müəssisəsi təqsirləndirilən şəxsin/məhkumun saçının bütünlüklə qırxılmasını tələb etmək hüququna malikdir”, - deyə Penitensiar xidmətin bəyanatında deyilir.
Avropa İnsan Haqları Məhkəməsi həbsxanada saçların zorla qırxılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncənin qadağan edilməsi) pozulması kimi qiymətləndirir.
Strazburq məhkəməsinin keçmiş hakimi Nona Çoçoria-nın məlumatına görə, məhkəmə bu mövzuda yalnız bir işə baxıb - 2003-cü ildə “Yankov Bolqarıstana qarşı” (Yankov v. Bulgaria).
“Yankov Bolqarıstana qarşı” işində məhkəmə izah edib ki, məhbusun zorla başının qırxılması insan ləyaqətinin alçaldılmasına və ya dəyərsizlik hissinə səbəb ola biləcək hərəkətdir.
Dövlət, baş qırxmağın gigiyenik tədbir olduğuna dair mövqeyini inandırıcı şəkildə müəyyən edə bilmədi. Məhkəmə hesab edib ki, Yankovun başının qırxılmasının heç bir hüquqi əsası və bəraətverici yanı yoxdur, hökumətin ünvanına səsləndirilən tənqidi ifadələrə görə bu, özbaşına cəza tədbiridir.
“Məhkumun saçını zorla qırxmaq onun saçını götürməklə onun xarici görünüşünü zorla dəyişdirmək deməkdir. Belə rəftara tab gətirmiş bir şəxs, çox güman ki, fiziki görünüşü onların iradəsinə zidd olaraq dəyişdiyindən dəyərsizlik hissləri keçirir ola bilər. Bundan əlavə, saçları qırxılan məhbus müəyyən müddət ərzində gördüyü rəftarın izini daşıyır. Bu işarə dərhal başqalarına, o cümlədən həbsxana işçilərinə, məhbuslara və ziyarətçilərə və ya məhbus tezliklə azad ediləcək və ya ictimai yerə aparılacaqsa, ictimaiyyətə görünür. Çox güman ki, o, aşkar fiziki işarənin daşıyıcısı olduğuna görə özünü alçaldılmış hiss edəcək”, - məhkəmənin qərarında deyilir.
Belə rəftarın məqsədi məhbusu alçaltmaq olmasa belə, məhkəmə hesab etdi ki, Yankovun saçını konkret əsas olmadan qırxmağın özündə ixtiyari cəza elementi var və buna görə də məhbusun nəzərində onun ləyaqətini alçaltmaq və/və ya onu tabe etmək məqsədi daşıyır.
Məhkəmə qərara aldı ki, məhbusun tam təraş edilməsi 3-cü maddənin mənasında ləyaqəti alçaldan rəftar kimi səciyyələndiriləcək qədər ağır, pis rəftara bərabərdir.
Keçmiş hakim Nona Çoçoria hesab edir ki, Lazare Qriqoriadisinin xarici görünüşünə və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ona məruz qaldığı iddia edilən təzyiqlərə istinadlar Konvensiyanın 3-cü maddəsinin pozulmasını şübhə altına almaq üçün tam əsas verir.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlar Ana Naçvlişvili və Ani Çitlidzinin həbsxanada təqsirləndirilən Lazare Qriqoriadisiyə baş çəkməsinə yox deyib və xüsusi vəsiqə verməyib.