Rus qanununa qarşı Konstitusiya Məhkəməsinə daxil edilən şikayətlər bir icraatda birləşdiriləcək və ona plenum formatında baxılacaq. Məhkəmənin sədri Merab Turava bu gün bildirib ki, qərar “müvafiq müddət ərzində” veriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sizə konkret tarix deməyimi istəyirsiniz, amma həmkarlarımın mövqeyini bilmədiyim üçün səlahiyyətim yoxdur. Qərar müvafiq müddət ərzində veriləcək. Biz nəinki qanunu oxumalıyıq, həm də müqayisəli hüquq araşdırması aparmalıyıq və bu, ən azı bir ay çəkəcək. Müddətləri Konstitusiya Məhkəməsinin plenumu müəyyən edir. İndiki mərhələdə hakimlər şikayətləri öyrənirlər”, - deyə Turava mediaya bildirib.
“Pirveli” teleşirkətinin jurnalistinin Gürcüstanın avropalı və amerikalı tərəfdaşlarının qiymətləndirməsinə görə, “bu, rus qanunudur və biz birbaşa Rusiyaya gedəcəyik” replikasına cavab olaraq Turava bildirib:
“Görəcəyik, oxuyacağıq... hansı Rusiyaya? Şimala? Nə bilim, hər bir halda özümə və ölkəmə belə istiqamət verməmişəm. Düşünmürəm ki, dövlətimizin məqsədi, ideyası şimala doğru irəliləməkdir. İllərlə təqaüdçü idim, mükafatım və müxtəlif xarici maliyyə vəsaitlərim var idi”.
Bu gündən etibarən rus qanununa qarşı üç şikayət Konstitusiya Məhkəməsinə təqdim edilib. Prezidentin, 121 media və qeyri-hökumət təşkilatının şikayətindən sonra parlamentin 38 müxalifətçi deputatı da bu gün Konstitusiya Məhkəməsinə müraciət edib.
Şikayətçilər hesab edirlər ki, qanun Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) tam inteqrasiyasını təmin etmək üçün bütün konstitusiya orqanlarını öz səlahiyyətləri daxilində bütün tədbirləri görməyə məcbur edən Konstitusiyanın 78-ci maddəsinə ziddir. Şikayətçilər sentyabrın 3-də iş üzrə yekun qərar qəbul olunana qədər müvəqqəti tədbirin tətbiq edilməsini və qanunun icrasının dayandırılmasını tələb edirlər.