Yenə deyirəm, bu, Avropa İttifaqının dəyərlərinə uyğun gəlmir – Borel rus qanunu ilə bağlı deyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqının Xarici İşlər Şurasının aprelin 22-də Lüksemburqda baş tutan iclasında üzv ölkələrin xarici işlər nazirləri Gürcüstandakı mövcud vəziyyəti də müzakirə edilib. “Gürcü Arzusu”nun qəbul etmək niyyətində olduğu rus qanununa da toxunulub.

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borel deyib ki, nazirlər narahatlıqlarını ifadə ediblər

Gürcüstan hökuməti bu qanun layihəsini geri götürməyi və bir daha təqdim etməməyi öhdəsinə götürdü. Bu yerinə yetirilmədi. Komissar Oliver Varhei və mən keçən həftə bəyanat yayaraq, bu qanunun Aİ dəyərlərinə uyğun olmadığını vurğuladıq. Yenə deyirəm: bu, Aİ dəyərlərinə uyğun gəlmir. Avropa Komissiyası bu inkişafla bağlı şifahi hesabat təqdim etməli olacaq, lakin biz bu qanunun parlamentə geri qaytarılmasından çox narahatıq”, - Borel bildirib.

“Azadlıq” radiosunun Avropa bürosunun redaktoru Rikard Jozviakın sözlərinə görə, şurada Aİ nazirlərinin Gürcüstana göndərilməsi və ya Gürcüstanın Xarici İşlər Nazirinin Şuranın növbəti sessiyasına dəvət edilməsi çağırışı olub.

Aprelin 17-də “Gürcü arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda 83 səslə qəbul edib. Həmin gün Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei bəyanat yayıb ki, qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləməsinə mənfi təsir göstərəcək. O deyib ki, qanun Avropa Birliyinin əsas norma və dəyərlərinə uyğun gəlmir.

Avropa Şurasının prezidenti Şarl Mişel də “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus qanununa münasibət bildirib. Onun sözlərinə görə, gürcü xalqı Avropa yolunu seçib və buna cavab olaraq Gürcüstan namizəd statusu alıb və “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ölkənin Avropa istəklərinə uyğun gəlmir və Gürcüstanı Avropa İttifaqından ayırır.

Aprelin 12-də Almaniya kansleri Olaf Şolz Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra bildirib ki, Almaniya bütün Avropa İttifaqı kimi “Gürcü arzusu”nun bu təşəbbüsünü “çox tənqidi” hesab edir və parlamentin qanunu qəbul etməyəcəyinə ümid etdiyini bildirib.

Rus qanunu Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrinə ziddir, hansı ki, bu tövsiyələrə görə üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.

Rus qanunu ötən ilin martında birinci oxunuşda hakim partiya tərəfindən dəstəklənsə də, xalqın etirazı nəticəsində qanunu geri çəkməyə məcbur olmuşdular. Partiya liderləri qanun layihəsini “şərtsiz şəkildə” geri çəkməyə söz verdilər, lakin bir il sonra, aprelin əvvəlində o, yenidən gündəmə gətirildi. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarına xidmət edən təşkilat” ifadəsi ilə əvəz edilib.

“Gürcü Arzusu” parlamentin cari yaz sessiyası başa çatana qədər rus qanununu qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili də veto hüququndan istifadə edəcəyini bildirərək qanuna qarşı çıxır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur