Martın 7 və 8-də Tbilisidə parlament qarşısında "rus qanunlarına" qarşı keçirilən etiraz aksiyasında inzibati qaydada saxlanılan bütün şəxslər azadlığa buraxılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Azad edilənlər arasında “Qirçi – daha çox azadlıq” partiyasının lideri Zurab Caparidze və Nadim Xmaladze də var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Saxlanılanların bir qismi məhkəmə qarşısına çıxarılıb, qalanları isə istintaq təcridxanasında qalma müddətinin başa çatmasına görə azadlığa buraxılıb.
Daxili İşlər Nazirliyində martın 7-8-də baş vermiş zorakılıq hadisələri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353 və 187-ci maddələri ilə istintaq davam etdirilir. Parlament binası yaxınlığında davam edən etiraz aksiyası zamanı polisə hücum edən və digər zorakılıq hərəkətləri göstərən şəxslərin müəyyən edilib saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir", - Daxili İşlər Nazirliyi bildirir.
Nazirlik azadlığa çıxanların sayını demir. Bu səhər yayılan bəyanata əsasən, Nazirlik tərəfindən Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə polis əməkdaşlarına basqın etməkdə təqsirli bilinən 1 nəfər həbs edilib, 133 nəfər xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaqda təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilib.
Martın 7-8-də parlamentin yaxınlığında rus qanununun qəbuluna qarşı minlərlə nəfərlik etiraz aksiyası keçirilib və aksiyanı Daxili İşlər Nazirliyi xüsusi təyinatlılar vasitəsilə dağıtıb. Hökumət dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən kütləvi şəkildə istifadə edib. Xüsusi təyinatlı əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər. Mitinqin ilk günü polis onlarla nümayişçini həbs edib. Həbslər ertəsi gün də davam edib.
8 mart mitinqinin iştirakçıları iki əsas tələb irəli sürüblər: “xarici agentlər” haqqında qanun layihəsinin geri götürülməsi və məhbusların azadlığa buraxılması. Daxili İşlər Nazirliyi bu aksiyanı da dağıdıb, bundan sonra nümayişçilər xüsusi təyinatlılarla qarışıdurmada olub və onların maşınlarına daş atıblar. Parlamentin yaxınlığındakı küçələrdə polis maşınlarına ziyan vurublar, yandırıblar, parlament binasının şüşələrini sındırıblar.
Bu gün, martın 9-da “Gürcü arzusu” iki gün əvvəl birinci oxunuşda dəstəklədiyi qanun layihəsini geri götürəcəyini açıqlayıb. Fraksiyanın sədri Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsi parlamentin növbəti iclasında təqdim olunacaq və bu siyasi qərarı “heç kim geri ala bilməz”. İctimai təşkilatlar Parlamentdən dərhal plenar iclasın keçirilməsini, orada Rusiya qanununun yenidən səsverməyə qoyulmasını və onun rəsmən ləğvini tələb edirdilər.